Qədim Romada yandırılan solaxaylar: Genetik hal, vərdiş yoxsa "şeytan əməli" ?

13-08-2023, 13:44           
Qədim Romada yandırılan solaxaylar:·
13 avqust tarixi Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Bu bayram ilk dəfə britaniyalı solaxaylar klubunun təşəbbüsü ilə 1992-ci ildə qeyd olunub.
Klubun əsas narahatlığı ölkənin bir çox məktəblərində solaxay uşaqların sağ əllə yazmağa məcbur edilməsi idi. Bu hal şagirdlərdə stress yaradır və onların davamiyyətini aşağı salırdı. Həmin gün bütün dünya solaxayları məhsul istehsalçılarının diqqətini onların da tələbatlarına yönəltməyə çalışır, müxtəlif yarış və tədbirlər təşkil edirlər. Statistikaya əsasən, dünya əhalisinin təxminən 10 faizi solaxaydır.
Məlumat üçün bildirək ki, onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları "solaxay" adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də, qədim Romada bu cür insanları "sinister", yəni "pislik", orta əsrin kilsə xadimləri isə solaxayları "şeytan" adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.
Solaxaylıq-vərdiş yoxsa müəmma?
Məlumatlara görə, 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarır. Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurur. Uinbornun müdafiəsinə qalxan amerikanlar kütləvi mitinqlər keçirir və məhkəmə qərarı nəticəsində o öz işinə yenidən qayıdır. Son onilliklər ərzində bütün dünyada solaxayların sayının artıması müşahidə olunur. Ümumiyyətlə, belə bir inam var ki, bunun səbəbi hələ məlum deyil. Bəziləri hesab edir ki, solaxaylar onlarla aparılan gizli müharibədə sonda qalib gələcəklər, lakin bu, bəşəriyyətin xeyrinə olacaq.
Bəzi mütəxəssislər isə solaxaylığı beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hal hesab edirlər. Hətta kral ailəsində solaxaylar ana - kraliçə, kraliçə II Yelizaveta, şahzadə Çarls və şahzadə Uilyam sayılır. Maraqlısı odur ki, solaxaylar suyun altında daha yaxşı görə bilirlər. Ekstrasenslərin çoxu solaxaylardır. Solaxaylar adətən geniş fantaziyalara, həssas musiqi duyumuna və güclü yaddaşa malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.
Dünyanın məşhur solaxayları
Aristotel, İsaak Nyuton və Makedoniyalı İsgəndərdən sonra, dünyanın zəka və hərb möcüzəsi sayılan Yuli Sezar solaxay olub.
Adı bütün bəşəriyyətə məlum olan bu solaxaylar: Fransa imperatoru Napoleon Bonapart, Fidel Kastro, Horatsio Nelson, Albert Eynşteyn həmçinin Mikelancelo, Pikasso, Leonardo da Vinçi də məhz bu səbəbdən bir siyahıda birləşiblər. Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edən Böyük Karl solaxaylığı ilə diqqəti cəlb edirmiş. Dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri - Viniston Çörçilin solaxay olduğunu az adamlar bilirdi. Hindistan pasifist siyasətçisi və düşüncə adamı Mahatma Qandi, Amerikanın keçmiş prezidentləri: Cerald Ford, Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama solaxay siyasətçilər sırasına daxildirlər.
Time”ın araşdrması heç də təəccüblü deyil, çünki zəkasını pula çevirə bilən və dünyanı dəyişdirən milyarderlərdən "Microsoft”un sahibi Bill Qeyts və "Apple”in qurucusu Steve Jobs, dünyanın ən məşhur teleaparıcısı sayılan Oprah Vinfrey, eləcə də İsrailin sabiq baş naziri Binyamin Netanyahu solaxaydılar. İncəsənət sahəsinin ən məşhur simaları: Çarli Çaplin, Merilin Monro, Bryus Uillis, Pol Makkartni, Bethoven, Sergey Raxmaninov, Ancelina Coli, Skarlett Yohansson, Nikol Kidman, Robert De Niro və başqaları bu siyahıya daxildir, Yeri gəlmişkən erməni əsilli , dünya şöhrətli bakılı qrosmeyter Harri Kasparov da solaxaylar sırasındadır.
Yeri gəlmişkən, adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir.Şimpazelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i solaxaydır. Osminoqun 8 ayağı olmasına baxmayaraq, o, ovunu bircə, sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü ilə baxır.
Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
Əntiqə RƏŞİD
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.