,,ƏTAĞA,, adı ilə tanıdığımız Seyidəli Mirmövsümzadə haqda qısa...
10-06-2024, 17:49
... Anadan normal adam kimi doğulmuş Mirmövsüm artıq 7 günlüyündə xəstələnib, paraliz nəticəsində bir tərəfi şikəst qalmışdı
Dindar ailəsi isə onu müalicə etmək əvəzinə xəstəliyindən istifadə etmək, bu məsələni dini səmtə yönəldərək yazıq uşağı istismar etmək yolu tutdu
Xəstə Mirmöhsüm tezliklə kalsium çatışmazlığından əzab çəkməyə başladı, sümükləri get-gedə zəiflədi
Əslində onun seyid ailəsi müalicə ilə məşğul olsaydılar yazıq uşağın əzablarının azalmasına, xəstəliyinin inkişafının qarşısının alınmasına nail ola bilərdilər
Amma onların pula hərisliyi öz övladlarının xəstəliyinin gündən-günə şiddətlənməsinə səbəb oldu, 40 yaşından sonra o ümumiyyətlə otura bilmədi, həyatını uzandığı yerdə başa vurdu
Seyid ailəsi onun guya şəfaverici bir adam olduğunu təbliğ edib, adamları inandıra bildi, nəzir toplamağa başladılar
Tezliklə Mirmövsümə təkcə Azərbaycandan deyil, İrandan, Türkiyədən ianələr gəlməyə başladı
1950-ci ildə vəfat edən Mirmövsümün qəbri bu gün də ziyarətgaha çevrilib, bu gün də hər il minlərlə avam müsəlman onun qəbrindən şəfa diləmək üçün bu ziyarətgaha nəzir verir
(Etiraf edim ki, Mirmövsümün qəbrinin bu cür ziyarətgaha çevrilməsi əslində İslam dininə tam ziddir və bu ziyarətgahın İslamla heç bir əlaqəsi yoxdur
Amma bu da faktdır ki, Mirmövsümü ziyarət edənlərin hamısı özlərini müsəlman hesab edir, onu Allahla, dinlə bağlı adam hesab edirlər
Bunlar özünə şəfa verə bilməmiş bir xəstənin milyonlara şəfa verə biləcəyini düşünən avam müsəlmanlardırlar)
... Mənim hər halda Mirmövsümə yazığım gəlir
Ona görə də onun haqda bir yazı yazdım
Sizləri də həyatda istismarla, ədalətsizliklə rastlaşmış bu yazıq adamı xatırlayıb hörmətlə yad etməyə dəvət edirəm
PUL QAZANMAQ HƏRİSLİYİ İLƏ BAŞQALARINI ALDADAN, HƏTTA ÖZ ÖVLADLARINI DA ŞİKƏSTLİYƏ DÜÇAR EDƏN DİN ADAMLARI, DİLƏNÇİLƏR İSƏ PİSLƏNMƏLİDİRLƏR
Mirmöhsüm kimi bir yazıq uşağı istismar edib, ondan mömin ziyarətgah düzəltmək bir qəddarlıq, bir vəhşilik idi
Bu gün bu ziyarətgahı tərifləyən hər bir kəs də bu qəddarlığın, bu vəhşiliyin təntənəsində iştirak etmiş olur
Düşünməyə cürət edin
VƏ SONDA:
Əslində mən Azərbaycanda "Mirmövsüm ağa" ziyarətgahının olmasının əleyhinə deyiləm
Yaxşı bilirəm ki, bu cahil kütlə əgər Mirmövsüm olmasa da, öz cəhalət təlabatını ödəmək üçün İrana, İraka gedib, ordakı ziyarətgahlara nəzir verəcək
MİR MÖHSÜM ZİYARƏTGAHI OLMASA GEDİB İMAM RZA QAĞALARINI ZİYARƏT EDƏCƏKLƏR, İMAM HÜSEYNİN QƏBRİNƏ TƏZİM EDƏCƏKLƏR, İMAM ƏLİ MƏSCİDİNƏ NƏZİR VERƏCƏKLƏR
Cahil adam bu cahilliyik təlabatını hardasa ödəyəcək
Ona görə də...
Başqa ölkələrə gedib, pul paylamaqdansa, heç olmasa qoy bu pulu öz ölkəmizdə xərcləsinlər
Necə deyərlər,-HAMI YERLİ MAL ALSIN, XEYRİ VƏTƏNDƏ QALSIN
Dəbilqə qəzeti