ETRUSK DƏRDİ VƏ ETRUSK ADƏTİ

3-07-2024, 00:01           
ETRUSK DƏRDİ VƏ ETRUSK ADƏTİ
ETRUSKLAR QASSALDA (MƏZARDA) DA DƏRDLƏRİNİ BIZ TÖRƏMƏLƏRİ İLƏ DİLSİZ- AĞIZSIZ BÖLÜŞÜRLƏR YAZIQLAR
(şəklə bax).
ETRURİYANIN (FLORENSİYA, İTALİYA) TARKUİNİ ŞƏHƏRİNDƏ ETRUSK MAŞATLIĞINDA (MƏZARLIĞINDA) TAPILMIŞ VƏ
"AUGRUS MƏQBƏRƏSİNDƏ ARXA DİVARDAKI RƏNGGARLIQ"
(Rear wall painting in Tomb of the Augurs, Tarquinia)
adlandırılan MƏQBƏRƏDƏ bir xətt boyu yazı var.
Soldan sağa aşağıdakı
TAN DAFATATZAGA sözləri oxunur.
Modelləşdirmə:
TAN DAFA TAT ZAGA
LÜĞƏT:
TAN - dan, sökülən dan, er. Amma burada u işləmir.
-------Onun ikinci mənası var:
TAN - şər, böhtan, iftira;
DAFA - riyazi termin DƏFƏ deyil. DƏFİ, DƏF`İ -dir. Yəni nəyisə dəf
-------etmə, nəyəsə qalib gəlmək, nəyisə rədd etmək, qovmaq;
TAT - bu, Dad`dır, lakin ağız dadı yox; Qəlbin fəryadıdır - DAD
-- --- ÇƏKMƏK, Bir şeyin əlindən DAD-AMAN etmək. Məs., demirik: ------ "Dadü-fəryad filankəsin əlindən!". Burada TAT u mənadadır;
ZAGA - ZAĞ`dır - zool. Qarğa (quş); Dolaşa.
------Şəkildəki yeraltı məqbərədə göstərilən quş da qarğadır və
------söhbət ondan gedir.
İndi yazını bu səmtdə yazıb, onun mənasını anlamağa çalışaq:
TAN DƏF`İ DAD ZAĞA - yəni
ŞƏRİ DƏF (RƏDD) ELƏ, DAD ZAĞA (QARĞA) ƏLİNDƏN !
Daha geniş açıq anlmada:
ŞƏRDİR, BÖHTAN MƏNBƏYİDİR, DƏF ET (RƏDD ELƏ) ZAĞANI, DADÜ-FƏRYDDIR O !
-----
Etrusklar adəti olaraq, mərhumları üçün yeraltında böyük məqbərə tikir, onları bəzəyir və əsasən də əzizlərinin ölüm səbəbələrini divara ya yazıyla, ya gözəl rəngli şəkillərlə həkk edirdilər. Onlar u dünya varlığına inanır və bu cür şəraiti ona görə yaradırdılar ki, yerdəki məzarda yatanlar istədikləri an durub öz iri, geniş otaqlarında gəzib, oturub istirahət etsinlər. Və həm də onları yad edən diriləri ölüləri ilə təması geniş otaqda rahat şəkildə həyata keçirsinlər.
Bu maşatdakı (məzardakı) fiqurlar ər və arvada oxşayır və görünür ya birinin və ya hər ikisinin ölümünə ZAĞ (qarğa) səbəbkar olub. Ya arvad, ya ər bu şəkli öz ölüsünə həsr edib. Ya da övladları hər ikisinə. Məqbərələr ailəvi olub.
_________________
Yazını anlamadıqlarından, İtaliya alimləri qəbrdəki fiqurları AUGRUS hesab edirlər. Kim idi Augrus?
Auqur klassik Roma dünyasında keşiş və məmur idi. Onun əsas rolu əvvəlcədən müəyyən edilmiş müqəddəs məkanda müşahidə etdiyi hadisələri araşdırıb iradəsini təfsir etməkdən ibarət idi. Yəni o insan taleyin, ya başına gələcək hadisəni quşların uçuş hərəkətiləri, istiqamətləri ilə müəyyən edirmiş.
Etrusk məqbərəsində quş şəklini görən İtalyan alimi sevinib:
Bax budur, Etrusklarda da Roma dünyasının öz AUGRU olub! deyə.
Yalandır! Bunlar elə özləri quşun qurbanı olublar.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.