ADAM BƏS HARALI OLAR?

8-10-2024, 09:13           
ADAM BƏS HARALI OLAR?
Dünyanın nüfuzlu “Nature” dərgisində “How to win a Nobel priz?” (Nobel mükafatını necə qazanmaq olar?) başqlıqlı bir məqalə çap olunub. Kerri Smith və Chris Ryan imzalı məqalədə Nobel mükafatlarının 1901-ci ildən bəri üç elmi sahəyə – kimya, fizika və fiziologiya/tibb üzrə Nobel almış görkəmli alimlər haqda məlumatlarını araşdırıblar.
2024-cü il Nobel həftəsinin başladığı gün bu məqalədən diqqətə dəyər bəzi xüsusları sizinlə paylaşmaq istədim…
346 Nobel mükafatı və 646 laureat.
Laureatların orta yaşı 58-dir.
Ən gənc qalib 1915-ci ildə atası Uilyam Braqqla birlikdə rentgen şüalarından istifadə edərək kristal strukturları təhlil edən 25 yaşlı fizik Lourens Braqq (Lawrence Bragg) oldu.
Ən yaşlı laureat isə 2019-cu ildə 97 yaşında kimya mükafatını qazanan Con Qudenaf (John B. Goodenough) idi. O, litium-ion batareyalarının hazırlanması üçün çalışmalarına görə layiq görülüb.

20-ci əsrdə cəmi 11 qadın Nobel mükafatına layiq görülüblərsə, 21-ci əsrdə – 24 il ərzində artıq 15 qadın alim bu prestijli mükafata sahib olublar.
Yazarlar Nobeli əsasən hansı ölkələr alırlar deyə bir suala cavab axtarıblar.
Yəni bizim sevdiyimiz qəbildən sualdır – laureatlar əsasən haralıdırlar?
Məlum olub ki, bu mükafat üçün ideal olaraq Şimali Amerikada doğulmaq lazım və orada yaşamaq lazımdır…
Yəni cavab “Ağrın alem, bə adam haralı olar?” şəklindədir.
Çünki Nobel mükafatına layiq görülənlərin yarıdan çoxu Şimali Amerika alimləridir.
Həqiqətən də bunu araşdırmağa nə hacət?
Bəllidir ki, Elm əsasən amerikalıların və ya ora köçüb amerikanlaşmış “anteylərin” çiyinləri üzərində durur.
Diiqətimdən qaçmayan maraqlı bir xüsus…
Nobeli qazananların yalnız on nəfəri kasıb və aşağı orta gəlirli ölkələrdəndir.
Və onlar da Nobel mükafatı laureatı olandan sonra Şimali Amerika və ya Avropaya köçüblər!
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.