İSTƏMƏ... ŞƏRƏFİNƏ ŞƏRİK QATMA...

9-10-2024, 11:04           
İSTƏMƏ... ŞƏRƏFİNƏ ŞƏRİK QATMA...
Müharibədə ölmək təbiidir. Sağ qalmaq - təsadüf. Sağ qalmağın üçün, Həzrəti Təsədüf neçə ölümü səndən yan keçirir, heç xəbərin də olmür. Dünyada elə bir mükafat, var-dövlət, sərvət yoxdur ki, onu qəbul edib, ölməyə razı olasan. Çünki müharibə ölüm və həyatın ən qoşa gəzdiyi yerdir. Yaşamaq istəyirsən! Yaşamaq! Müharibədə təsadüfən sağ qalmış insan üçün, əslində dildən düşməyən 80 manat, bir əhəmiyyət kəsb etmir. Çünki, 100 milliardında əvəzinə yaşamağı seçərdin. Savaşda sağ qalmış insana maddi və mənəvi dəyər isə, qoruya bildiyi ölkənin ona mənəviyyat borcudur. Düşməni əzən, məhf edən Vətən Daşı olduğu üçün. O borc da, pulnan, malınan ödənilməzdir. Vətənin, sənə borcu, daima şərəf bəsləməklə və sayqı ilə ölçülür. Təki, Vətənə borclu qalmayaq.
Müharibənin görünən və görünməyən məhrumiyyəti çöxdur. Əsgərə ödənilməyən borc bitməz.
İstəmə! Qoy qalsın. Təki isti əlin Vətənin çiynində olsun.
Zahid Teymurov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.