Batin alimi yazır: Batini mənalarda sünni və şiə kimlərə deyilir?
Dünən, 09:28

Bu gün bütün müsəlmanlar sünni və şiə adlanan firqələrə bölünür ki, bunların zahiri mənaları hamıya məlumdur. Lakin bu firqələrin qədim mənbələrdə daha dərin batini mənaları var ki, bunları heç kim bilmir. Mən bu məqalədə ilk dəfə olaraq bu firqələrin əsl, yəni batini mənalarını açacağam. Bunun üçünsə ilk növbədə, ən qədim mənbələrdə İslam dininin nə məna kəsb etməsinə aydınlıq gətirəcəyəm.

İslam haqqında ilk məlumatlar Tövratda verilir ki, burada İslam sözü - göydəki Səlim cənnətini və bu cənnətə aparan Yaqub peyğəmbərin pillələrini, yəni sufilərin tərikə yolunu bildirir və mən internet səhifələrimdəki "Əsl İslam Tövratdan başlanır" adlı məqalədə bu haqda geniş yazmışam (1). Başqa sözlə, Tövratda İslam sözü cənnət və cənnətə aparan yol mənasındadır. Batini mənada da İslam (SLM) rəmzi - isa-aləmi, yəni "ruhlar vilayəti", cənnət deməkdir və mənim digər "Əsl İslam – cənnət fəlsəfəsidir" adlı məqaləmdə bu rəmzin daha dərin batini mənaları açılmışdır (2).

Deməli, İslam dini əslində insan ruhunu cənnətə aparan vasitədir. Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, bütün qədim yazıların batini mənaları - cənnətin yaradılışına və onun axirətdə yenisi ilə əvəz olunmasına həsr olunmuşdur. Qədim Misir mənbələrində bu cənnət - Osiris Allahının ölüm şahlığı adlandırılır ki, axirətdə Osiris Allahı öldürülür və onun cənnəti də işıqda parçalanıb məhv olur. Lakin Osirisin oğlu Qor onu yenidən diriltməyə nail olur. Deməli, cənnət - Osiris Allahının göydəki ruhlar dünyasıdır və bu dünya axirətdə yenidən zühur edəcəkdir. Qurana görə də vəd edilən cənnət axirətdə yenidən yaranacaq və öz vəzifəsini yerinə yetirən varisə qismət olacaq. Bu haqda mən internetdəki "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi" adlı məqaləmdə ətraflı yazmışam (3). Bunlar o deməkdir ki, batini mənada İslam dini əvvəldə və axırda gələn Osiris və onun oğlu Qor Allahları ilə bağlıdır.

Osiris rəmzi ən qədim mənbələrdə Asar, Assur, Aşşur və Azər kimi də yazılır. Quranda Osiris, yəni Asar Allahının göydəki eli (Asar-El) - İsrail və Rəsul rəmzləri ilə verilir və batini məntiqdə bu rəmzlər eyni mənalıdır. Başqa sözlə, Quranda İsrail oğulları dedikdə, Asar, yəni Osiris Allahın xalqı, cənnət əhli nəzərdə nəzərdə tutulur. Mən, internet səhifələrimdəki “Qurandakı İsrail oğulları - Azəri bəgləridir!" adlı məqaləmdə göstərmişəm ki, qədim mənbələrdəki İsrail, İzrail rəmzi Azər-Eli deməkdir və bilavasitə Azəri seyid-bəglərinə aiddir (4). Qurandakı İsrail oğullarının indiki İsrail dövlətinə və onun yəhudi xalqına heç bir aidiyyatı yoxdur. Quranda Ress xalqı dedikdə də məhz Assur, yəni Azəri xalqı nəzərdə tutulur və mən "Assuriya - qədim Azərbaycan ölkəsidir" adlı məqaləmdə bu haqda yazmışam (5). Digər tərəfdən bunlar onu deməyə əsas verir ki, Allahın Rəsulu Məhəmməd peyğəmbər də Osiris-Azər Allahı və İsrail oğulları ilə bağlıdır. Hədislərin birində Hz. Məhəmməd - İsrailin sonuncu peyğəmbəri adlandırılır. "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır" adlı məqaləmdə mən bu haqda əlavə məlumatlar vermişəm (6). Başqa sözlə, İslam dini əslində çox dərin batini mənalara malikdir və ilk yaradılmış Azər Allahı və oğlu Qorla bağlıdır.

Mənbələrdə Azər oğlu Qor qədim Misirin ilk şahlığına aid edilir və Amon Allahının fironlar nəsli mənasında "Şəmsu Qor", yəni "Qor Allahının yolu ilə gedənlər" adlanır. Bu mətnlərdə ilk fironlar, yəni pirlər nəsli - "iki dünyanı birləşdirmiş" insanlar adlanır ki, bu da onların ruhlarının, ölümdən sonra Osiris cənnətində ikinci həyat qazanması mənasındadır. İslamda bu "Qor yolu ilə gedənlər" - Karilər (Kurra) və "əhli-sünnə vəl-cəmaa", yəni "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər" adlanırlar.


Əvvəldə gələn Osiris, yəni Azər Allahının dini mənbələrdə İsna-Aşəriyə adlanır və batini mənada bu rəmz - "Sina dağındakı Azər" Allahı deməkdir. Lakin ən qədim mənbələrdə Sina dedikdə Süni, yəni Albaniyanın Sünik eli nəzərdə tutulur ki, Albanların Süni şahlar nəsli burada İlahdan səhra "tikmişlər".

Süni şahlar nəsli digər mənbələrdə sünnilər və hunnlar adlanırlar. Hunnların Sünikdəki eli ən qədim Misir mənbələrdə Xanan kimi qeyd olunur və burada sünni-hunnların İlahdan yaratdığı səhra - göydəki Ruten, yəni Tanrı şahlığı adlanır. Mən, "Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı" adlı məqaləmdə göydəki bu yaradılış haqda ətraflı məlumat vermişəm (9).

Bütün bunlar o deməkdir ki, qədim müdriklər sünni dedikdə, Albaniyanın Süni şahlar nəslini nəzərdə tutulurdular ki, "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedən" bu sünnilər qədim Misir mənbələrindəki "Qor yolu ilə gedənlərdir". Mən, "Əhli-sünnə və onların ağlasığmaz sirləri" adlı məqalədə bu haqda yazmışam (10). Başqa sözlə, əhli-sünnə əslində, əvvəldə gələn Azər-Osiris Allahının cənnət əhli sayılan, "bir bədəndə iki dünyanı birləşdirmiş" ardıcılları deməkdir. Məhz bu pirlər nəsli qədim mənbələrdə mələk mənasıda qanadlı insan kimi təsvir olunurdu. Bu isə onu deməyə əsas verir ki, şiə dedikdə də axirətdə gələcək Qor Allahın ardıcılları nəzərdə tutulmalıdır.

Qəbul edilmişdir ki, "şiə" sözü tərəfdar, təqib edən mənasında imam Əli və əhli-beyt təqibçilərinə deyilir. Lakin hədislərdə şiəlik və şiələr qiyamət günü ilə əlaqələndirilir və peyğəmbərimizə görə onlar qiyamət günü qurtulub Allahdan, Allah da onlardan razı qalacaqdır. Bu razılıq - axirət günündə imam Əliyə iman gətirənlərə aid edilir ki, onlar Kövsər hovuzunun kənarında peyğəmbərimizlə görüşəcəklər. Peyğəmbərimiz axirətdə imam Əliyə iman gətirənləri - "xeyrül-bəriyyə", yəni yaradılmışların ən xeyirlisi adlandıraraq bildirmişdi ki, Əli, səhabələri və şiələri axirətdə cənnətdə, düşmənləri isə cəhənnəm atəşində olacaqlar.

Şiəliklə bağlı hədislərin dərindən araşdırmasından da belə çıxır ki, şiəlik bilavasitə axirətdə imam Əliyə iman gətirənlərlə bağlıdır və məhz onlar cənnətə düşəcəklər. Başqa sözlə, indi özünü şiə adlandıranlar heç də əsl şiələr deyil. Əsl şiələr axirətdə Mehdi obrazında zühur edəcək İmam Əlini qəbul edənlər olacaqlar və mən bu haqda "Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər" adlı məqalədə ətraflı məlumat vermişəm (11).

Bütün bunlar o deməkdir ki, batini mənada sünni və şiəlik - əvvəldə gəlmiş və axırda gələcək Allahla bağlıdır. Bəsmələnin batini mənaları da əvvəldə və axırda gələn Allah mənasındadır (12). Əgər sünni dedikdə əvvəldə gələn və bütün bəşəriyyəti və cənnəti yaratmış pir Amonun ardıcılları nəzərdə tutulursa, şiə - axirətdə gələcək və göydə yeni Əli vilayəti yaradacaq Mehdinin ardıcılları nəzərdə tutulmalıdır.
Mənbələr:
1. Məqalə: "Əsl İslam Tövratdan başlanır", sayt: https://firudin.blogspot.com/2023/06/sl-islam-tovratdan-baslanr.html?m=1
2. Məqalə: "Əsl İslam – cənnət fəlsəfəsidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/09/03/%c9%99sl-islam-c%c9%99nn%c9%99t-f%c9%99ls%c9%99f%c9%99sidir/
3. Məqalə: "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi", sayt: https://gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1218
4. Məqalə: "Qurandakı İsrail oğulları - Azəri bəgləridir!", sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html
5. Məqalə: “Assuriya qədim Azərbaycan ölkəsidir”, sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/
6. Məqalə: "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır", sayt: https://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1
7. Məqalə: "Tanrı - Azərbaycan Atabəglər Ailəsinin adıdır", sayt: https://firudin.blogspot.com/2021/01/tanr-azrbaycan-atabglr-ailsinin-addr.html
8. Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html
9. Məqalə: "Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı", sayt: https://firudin.blogspot.com/2021/03/batin-flsfsind-mardukla-tiamatn.html
10. Məqalə: "Əhli-sünnə və onların ağlasığmaz sirləri", sayt: https://firudin.blogspot.com/2023/01/hli-sunn-v-onlarn-aglasgmaz-sirlri.html?m=1
11. Məqalə: "Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər", sayt: https://firudin.blogspot.com/2024/12/sl-silik-v-silr-haqda-aglasgmaz-hqiqtlr.html?m=1
12. Məqalə: "Bəsmələnin rəmzlərlə ifadələri", sayt: https://firudin.blogspot.com/2020/06/bsmlnin-rmzlrl-ifadlri.html?m=1
Firudin Gilar Bəg
21.02.2025