I Pyotr II Şah Təhmasibi niyə oğurlamaq istəyirdi?

Bu gün, 09:04           
I Pyotr II Şah Təhmasibi niyə oğurlamaq istəyirdi?
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya İmperiyasının Xarici Siyasət Arxivi və Rusiya Dövlət Qədim Aktlar Arxivində belə bir məlumata rast gəldim:

Rusiya imperatoru I Pyotr Səfəvi şahı II Təhmasibi oğurlamaq istəyib.

İndi isə ətraflı:

Azərbaycan torpaqları uğrunda Osmanlı və Rusiya arasında mübarizə gedirdi. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə çevirməyə çalışırdı.

I Pyotr hərbi ekspedisiyalar göndərməklə Xəzər sahilinin qərbində və cənubunda yerləşən əyalətlərin işğalını davam etdirmək qərarına gəldi. 1722-ci ilin oktyabr ayında İsfahanı ələ keçirmiş əfqanların yaxın vaxtda Gilana yürüşü gözlənildiyindən ruslar tez-tələsik oranı zəbt etdilər. 1724-cü il sentyabrın 24-də isə imperator Zaqafqaziyada rus və türk mülklərinin sərhədlərini təyin etmək üçün göndərilmiş general-mayor A.İ. Rumyantsev erməniləri Gilana köçməsi üçün tapşırıq verir. Noyabrın 10-da general-mayor G.S. Kropotova və Bakı və Dərbənd komendantlarına verilən əmr belə idi:

“Ermənilərə “yardım” verin, istəyənləri Bakıda, Salyanda, Dərbənddə və ətraf kəndlərdə yerləşdirin”

Rus qoşunları Xəzəryanı əyalətlərin bir hissəsini işğal etdikdən sonra I Pyotr, II Təhmasib tərəfindən səlahiyyətlərindən məhrum edilmiş Şahın elçisi İsmayıl bəyə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabadı Səfəvi dövləti tərəfindən Rusiyaya güzəştə getməsi barədə müqavilə təklif etdi. 1723-cü il sentyabrın 12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzalandı. II Təhmasib isə əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı.
Bunu eşidən Pyotr məsləhətçisi Pyetr Tolstoy və Qavril Qolovkin ilə II Təhmasib Şaha qarşı plan hazırlayırlar.

Kartli çarı Hüseynqulu xan və Səfəvi elçisi İsmayıl bəyə tapşırıq veriıməsi qərarına gəlinir ki, Şahı razı salsınlar, əks təqdirdə onu gürcülərin əli ilə oğurlayıb rus qoşunları olan əraziyə gətirməli idilər. Qeyd edim ki, İslamı qəbul etmiş VI Vaxtanq Hüseynqulu xan kimi tanınırdı. Şahı 1723-cü il müqaviləsini qəbul etməyə razı salmaq üçün hərəkətə keçməsinə baxmayaraq II Təhmasib Şah onlara qulaq asmır.

Bu zaman Səfəvi torpaqlarına Osmanlı ordusunun daxil olması xəbəri Pyotra xəbər edilir və plan pozulur. Osmanlılarla müharibəyə girmək istəməyən Rusiya onlara bu bölgəni bölüşdürmək barədə müqavilə bağlamağı təklif etdi. 1724-cü il iyulun 12-də İstanbulda Rusiya ilə müqavilə imzalandı.

Şahın keçmiş səfiri İsmayıl bəy vətənində xain elan edilir və geri qayıda bilmir. Ömrünün sonuna qədər Rusiyada qalmağa məcbur olur.

Hüseynqulu xan da geri çəkilir

Zaur Aliyev , dosent

Sənədlər:
АВПРИ. Ф. 77. Оп. 77/1. 1724 г. N 12. Л. 5 об.-6;
РГАДА. Ф. 15. Оп. 1. N 37. Ч. 2. Л. 229 об.-230.
РГАДА. Ф. 9. Отд. II. N 67. Л. 417, 418, 424, 442-444, 468.
АВПРИ. Ф. 77. Оп. 77/1. 1724 г. N 4. Л. 63 об.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.