"Mən sözümü o kəslərə deyirəm ki, qulaqları var"
8-03-2025, 15:04

Erməni əsilli diplomat, publisist və siyasətçi Mirzə Mülküm xan (1833 - 1908) İranda əlifba islahatı tərəfdarı idi. O Mirzə Fətəli Axundzadəyə yazırdı: “Siz böyük bir məramın böyük bir atasısınız. Biz isə sizin məramınız uğrunda çarpışan sadə mücahidlərik. Haqq bizim tərəfimizdə olduğundan, mən əminəm ki, tez ya gec bizim səylərimiz böyük nəticələr verəcəkdir. Dünyada hər bir böyük iş böyük maneələrə və əngəllərə rast gəlir. Lakin əminəm ki, bizim əzmimiz bütün maneələrə: axmaqlıq, cəhalət və bədbəxtliklərə qalib gələcəkdir”
Axundzadə 1871-ci il 8 mart tarixli məktubunda Mirzə Melkum xana yazır: “Mən və sən əlifbanı dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. ”.
Cəlil Məmmədquluzadə bir yazısında Melkum xanın “Mən sözümü o kəslərə deyirəm ki, adamdırlar” cümləsini önə çıxarır, özü isə bu şəkildə improvizə edir: “"Mən sözümü o kəslərə deyirəm ki, qulaqları var".
Эльдар Тагиев
TEREF