Şeyx Şamilin müəllimi olan Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə

Bu gün, 00:05           
Şeyx Şamilin müəllimi olan Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə
Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri qaçaqçılıq olub. Rusiya imperiyasına qarşı mübarizə aparan tanınan qaçaqlar onlara xidmət edən bəy və ağalar ilə da eyni zamanda savaşıblar. Qaçaq Kərəm, Qaçaq Nəbi, Dəli Alı, Qandal Nağı və yüzlərlə adını çəkə biləcəyimiz qaçaqlar Azərbaycan ərazisində deyil, Rusiya imperiyası, İran və Türkiyədə də məhşur olublar.
Qafqazda biz bu cürə qəhrəman insanlara Abrek, biz isə Qaçaq deyirik. Rusiya arxivlərində qaçaqlar barədə kifayət qədər məlumat var. Bunlardan biri isə Şıx –Zadə adı ilə qeyd edilib və mənbə yazır:
“Azərbaycanlı abrek Şıx-zadənin məzarı Azərbaycanda, Dağıstanda, Çeçenistanda və Kabardada ziyarət obyektinə çevrilib”
Maraq məni bu şəxsi araşdırmağa sövq etdi. Əslində Rusiya arxivində qaçaq kimi qeyd olunmasına baxmayaraq Baş Şabalıdlı övliya Şeyx Əhməd baba kimi tanınan Əhməd Şeyxzadə öz dövrünün böyük din alimi olmaqla yanaşı regionda nüfuzlu şəxs kimi tanınıb.
Şeyx Şamil özü Şabalıdlı övliya Şeyx Əhmədin muridlərindən biri olmuşdur. Şeyx Əhməd Şeyxzadə bir çox şeyxlərin mürşidi olmuşdur. Qafqazın tanınan abrek-qaçağı Zəlimxan Guşmazukayevdən də hörmətli olmuşdur. Rusiya Zəlimxandan daha çox Əhməd Şeyxzadədən çəkinirmiş.
Şeyx çar hakimiyyəti ilə anlaşmayıb və onlar tərəfindən Sibirə sürgün edilib. Üç il İrkutskda sürgündə yaşayıb. XX əsrin əvvələrində kəndə hücum edən dağ milisləri ilə döyüşlərdə həlak olub. Onun dəfn mərasiminə Qafqazın hər yerindən 15 minə qədər insan gəlmişdi.
Sovet dövründə Şimali Qafqazdan onun məzarına çoxlu zəvvarlar gəlirdi. Sovet dövründə rəsmi ateizm hökm sürsə də, dini olan hər şey qadağan edilsə də, 20-ci əsrin sonlarında Şimali Qafqazdan olan çoxsaylı zəvvarlar qəbrin son iki kilometrliyində kollektiv zikr oxunmaqla möhtəşəm yürüşlər təşkil etdilər. 1994-1996-cı illər Rusiya-Çeçenistan müharibəsindən sonra belə yürüşlər nadir hal aldı.
Zaur Aliyev, dosent
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.