İnsan xəyal quranda Tanrıdır, düşünəndə isə dilənçi…
Dünən, 16:14

İnsan xəyal quranda Tanrıdır, düşünəndə isə dilənçi…
–Hölderlin
Bir dostum sevdirmişdi mənə bu böyük alman şairini.
Alman lirizminin zirvəsidir Fridrih Hölderlin (1770-1843).
“Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır” yazmışdım bir dəfə.
O zaman Hölderlini hələ tanımırdım, nə “Diotima”sını oxumuşdum, nə də “Hiperion”u.
31 yaşından şizofrenik psixoz diaqnozu ilə yaşamış bir şair və filosofun dünya görüşümdə önəmli yer tutacağını təxmin etməzdim.
Onu bu qədər tanımasaydım Almaniyanı da əksik tanıyardım deyə düşünürəm…
Bahar gəlir. Təbiətin bu təsvirsiz möcüzəsini yaşarkən baharda dünyaya gələn Cəfər Cabbarlı, Səməd Vurğun, İsmayıl Şıxlı kimi nəhəng ədiblərimizi xatırlayıram. Nə təsadüfdür ki, Fridrih Hölderlin onların əksinə – Baharın ilk günündə vəfat edib.
Yaxındır
və çətindir qavranması Tanrının.
Harda çətinlik varsa yetişir,
xilaskar olan da odur…
Özünü tez-tez dünyanın ən bədbəxt, ən şanssız adamı sayanlar Hölderlinin həyatını oxusunlar…talelərindən şikayətlənməyi birdəfəlik buraxacaqlar…
İbrahim Nebioğlu
TEREF