TÜRKİYƏ, “İNGİLİS BARMAQLARI” VƏ SƏBƏB-NƏTİCƏ QANUNAUYĞUNLUĞU

26-03-2025, 12:44           
TÜRKİYƏ, “İNGİLİS BARMAQLARI” VƏ SƏBƏB-NƏTİCƏ QANUNAUYĞUNLUĞU
Aclardan Ərdoğan kimi gözü doymayan toxa arxa ola bilməz
RAUF MİRQƏDİROV
Bir həqiqəti dərk etmək lazımdır. İmamoğluna ilkin seçkilərdə 15 mln. adam səs verdi. Bu prezident seçlərində Ərdoğanın topladığının yarısıdır. Cümhiriyyət-Xalq Partiyasının üzvlərinin sayından 10 dəfə çoxdur. Təsəvvür edirsiniz?!!! Bu o deməkdir ki, əgər bu gün seçkilər keçirilsəydi, AKP-nin başqa namizədinin demirəm, hətta Ərdoğanın onu üstələmək şansı sıfra bərabər olardı.
Dünən İstambuldakı mitinqdə bir milyon yarımdan çox insan iştirak edib. Ərdoğanın bütün inzibati resusrlarda istifadə edərək keçirdiyi mitinqlərə bu qədər insanı toplamaq mümkün olmurdu.
Mənim bir çox dostlarım İmamoğlunun Rusiyanın, Fransanın, Yunanıstanın, Ermənistanın və daha nə bilim kimlərin agenti olduğunu iddia edirlər, deyirlər ki, Türkiyədə baş verən hadisələrdə "ingilis barmağı" var. Yəni xarıcı güclər, özü də Qərblə Rusiya birlikdə Türkiyənin gücündə qorxub, onu diz çökdürmək istəyirlər. Yalnız Çinlə digər planetlərdən gəlmələri yada salmırlar. Kosmosdan gəlmələri demirəm, amma Çin "barmağını" da yada salmağa dəyər. Axı son vaxtlar Çinin də regionla bağlı ciddi maraqları yaranıb. Çin Orta dəhlizə nəzarəti ələ keçirməyə çalışır. Xırdalardan başlayıb. Elə bilirsiniz ki, Azərbaycan və Gürcüstan kimi Çinlə yanaşı dura bilməyəcək dövlətlərlə "stratüji tərəfdaşlıq" haqqında müqavilələrin imzalanması boş boşunadır.
Biədəblik olmasın, bu qədər "barmağın" haradan "çıxıb" Türkiyənin harasına "girdiyini" başa düşə bilmirəm. Bəlkə "barmaq"la düyil, başla işləyirlər?!!! Bilmirəm. Amma "başla işləmək" haqqında Rusiya tarixi ilə bağlı bir lətifə yadıma düşdü. Danışa bilmərəm. Həddindən artıq biədəbdir. Bir çoxlarınız bilirsiniz. Bilməyənlərə danlşın...
Qayıdaq mətləbə. Əminəm ki, hamınızda olmasa, bir çoxlarınız agahsınız ki, təbiətdə də, cəmiyyətdə də baş verən bütün hadisələr səbəb-nəticə əlaqəsi qanunauyğuna əsaslanır. Ərdoğan fanatlarının İmamoğluna qarşı ən çox istifadə etdiyi "od olmasa, tüstü çlşmaz" atalar sözü belə bu qanunauyğunluq üzərində qurulub.
Türkiyədə baş verən hadisələrlə bağlı rus dilində yazdığım məqalədə (linki şəhrlər bölümündə bir dəha əlavə edirəm) İmamoğluna qarşı sürülnüş ittihamların gülünc olduğunu bildirmişəm. Ona görə yox ki, bu ittihamların heç bir əsası yoxdur. Əsla yox. Mən bunu idia edə biləcək qədər sadəlöhv və ya ruyakar ola bilmərəm. Türkiyə prezidentinin cünnü olduğunu unudub, onu az qala "imam övladı" elan etməyə hazır olan Ərdoğan fanatlarından fərqim də bundadır.
Kürdlər Türkiyə əhalisinin 10 faizindən bur qədər artığını təşkil edirlər. Çoxluq deyillər. Amma prezident seçkilərində bütovlükdə, çoxlud təşkil etmədikləri ərazilərin bir hissəsində isə parlament və bələdiyyə seçkilərində tərəflərdən birinin qalibiyyətini təmin edə biləcək həledici azlıqdırlar. Ona görə də seçkilərdə qalib gəlmək üçün hamı "onların nazı ilə oynamağa" hazırdır. Onların naz ilə ı hamıdan "oynayan" Ərdoğanın özü olub. "Kürd açılımı" yadınızdan çıxıb?!!! Ojalanla apardığı danışıqlar, Kürd partiyasının Böyük Millət Məclisində bir partiya kimi təmsil olunmaq imkanını əldə etməsi, necə?!!! Kürdlər də borclu qalmırdılar. Bütün seçkilərdə Ərdoğana və AKP-yə səs verirdilər.
Yalnız gülənçilərlə arası dəydikdən və 2016-cı il dövlət çevrilişi cəhdindən sonra sosial bazasını sabitləşdirmək üçün millətçilərlə ittifaqa getməyə məcbur qaldığı zaman Ərdoğan kürdlərlə və sol liberalla əməkdaşlıqdan imtina etməli oldu. O zamanlar Dövlət Baxçəli indiki qədər simasızlaşmamışdı. O vaxtlar millətçilərlə və kürdlərlə eyni zamanda əməkdaşlıq etmək olmazdı. İndi vəziyyət dəyişib. İndi Ərdoğanın yenə də kürdlərin səslərinə ehtiyacı var. Görün millərçilər nə günə qalıblar kı, Ərdoğan Ojalanla danışanlarda onların lideri Baxçəlidən bir vasitəçi kmi istifadə edə bilir.
Amma görünür, əlverləri baş tutmayıb. Bu əlverin baş tutmamasının əsas səbəbi əslində kürlərin Ərdoğana inanmaması, onun “xəyanətini” bağışlaya bilməməsidir. Əslində bu sövdələşmə baş tutsaydı, yəqin ki, İmamoğlu həbs edilməyəcəkdi. Zərurət yaranmayacaqdı.
Kürdlər atatürkçülərə də elə bir inamları və ümüdləri yoxdur. Bilirlər ki. cumhuriyyətçilərin onlara münasibəti Ərdoğandan yaxşı olmayacaq. Onlara səs verməklə Ərdoğandan “xəyanətinə” görə əvəz çıxərlar. Sözsüz ki, İmamoğlu, təbliğat kampaniyasında Ərdoğanın şəxsən iştirak etdiyi AKP namizədini üstələmək üçün kürd partiyasına və İstambuldakı kürd ictimai təşkilatlarına ağız açıb. Əvvəllər Ərdoğan və onun tərəfdarları etdiyi kimi. Amma məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, məhkəmə İmamoğluna “terroristlərlə əlaqəsinə” görə deyil, korrupsiya ilə bağlı ittihamlara görə həbs rəti imkan tədbiri seçib. Nəricəni çıxarmağı oxucuların ixtiyarına buraxıram…
Korrupsiya ilə bağlı ittihamlar haqqında ümumiyyətlə danışmaq istəmirəm. Adamın dili-ağzı quruyar. Yenə də ona görə yox ki, bu ittihamların heç bir əsası olmamasında əminəm. Bunu bilmirəm. Amma iki məsələdə əminəm. Birincisi, onu bilirəm ki, Türkiyədə nisbətən vəzifəli çinovniklərin az qala yüz faizi bu və yz digər dərəcədə korrupsiyaya bulaşıblar. İmamoğlunun istisna olduğuna inanmırar. Türkiyyədə harda tender var, orada “halallıq” var.
İkincisi, Ərdoğan korrupsiyaya bulaşmaqda elə rekord “qırıb ki”, onun nəinki üstələyəcək, hətta həndəvərinə yaxınlaşacaq adamım yaxın zamanlarda peyda olacağına inanmıram. Onun oğlunun evində tapılmış yüz milyon nəğd dollarla bağlı qalmaqal yadınızdan çıxıb?
İndi yenə də qayıdaq səbəb-nəticə əlaqəsinə. Mən görəni, İmamoğlunun tutuqlanması üçün Türkiyə standartlarına görə ilə bir ciddi səbəb olmayıb. Başı batmış Fransa deyil ki, baş naziri, prezidenti korrupsiyaya görə həbsxanaya göndərsinlər. Özü də bir neçə kostyuma, arvadına maaş kəsdiyinə görə. Biabırçılıqdır. Ərdoğanın isə vəzifədə olmayan yaxın qohumunu tapmaq çox çətindir. Bəlkə də mümkün deyil. Amma ədalət naminə demək lazımdır ki, Ərdoğana qədər Türkiyədə qohumbazlıq, ən azı yüksək səviyyədə, bu qədər vüsət almamışdı. Çox acgözdür. Kasıb, savadsız ailədən çıxıb. Gözü indiyəcən doymur…
Əgər ciddi əsas yoxdusa, xüsusilə qeyd edirəm ki, mən Türkiyə stansartlarını nəzərdə tuturam, deməli, siyasi zərurət var. İmamoğlu ilə bağlı zərurət isə yalnız və yalnız qarşıdakı sekilərlə bağlı ola bilər. Xahiş edirəm ki, seçkilərə üç ildən artıq vaxt qaldığı barədə nağıllar danışmayın. AKP yetkililəri və Baxçıli Ərdoğanın prezidentliyə namizədliyində israr etdiklərini açıq şəkildə bildirirlər. Ərdoğan isə yalnız və yalnız erkən seçkilərdə iqtidar koalisiyasının namizədi ola bilər. Əgər söhbət erkən seçkilərdən gedərsə, onlar ən geci 2027- ci ilin ikinci yarısında, bəlkə də daha tez keçirilməlidir.
Mən bütün opponentlərimlə yüz faiz razlıaşıram kı, Türkiyəni bürümüş siyasi böhran qardaş dövıətin beynəlxalq mövqelərini zəiflədir. Amma. əmması var. Dostlar bu “əmma” da ondan ibarətdir ki, böhran nəticədir. Bunu etiraf etmək lazımdır. Böhranın tətikıəyici səbəbi isə Ərdoğanın gələcək prezident seçkilərində özünün ən real rəqiblərindən birini həbs etməsidir. Ondan başqa bu göstərişi heç kim verə bilməzdi. Türkiydə yarğı və savçılığın müxtəqilliyi haqqında da mənə nağıllar danışmaq lazım deyil…
Sözsüz ki, məsələ yalnız kürdlərdə deyil. Məsələ yalnız İmamoğluda da deyil. Necə deyərlər, o olmasın, bu olsun. Bizim Ərdoğan fanatları üçün Türkiyədə Ərdoğandan başqa əvəolunmaz yoxdur. Mənim üçünsə ümumiyyətlə yoxdur. Opponentlərimdən fəqli olaraq, mən demirəm ki, Ərdoğan beynəlxalq impelializmin agenti olduğu üçün bilərəkdən belə bir vacib məqamda Türkiyəni zəiflədir. Onu yerində dinc oturmağa imkan verməyən daha ciddi əsaslar var. Əvvəla, Türkiyə Ərdoğan və onun AKP-nin hakimiyyətindən yorulub, doyub. Nə qədər sevimli olsa da, bir köynəyi sonsuza qədər geyinmək olmaz. Sonuncu seçkilərdə o ələvinin öhdəsindən belə çətinliklə gəldi. Türk kürdə səs verər, ələviyə yox…
Bələdiyyə seçkilərinin nəticələrinə baxsaq, görəcəyik ki, AKP özünün alınmaz qalası saydığı İç Anadolunu belə uduzmağa başlayır.
İkincisi, və ən başlıcası,sosial-iqtisadi böhran Ərdoğanın seçici bazasını durmadan daraldır. Hakimiyyətə gəldiyi ilk on ildə Türkiyə iqtiaadiyyatı azdan-çoxdan inkişaf etdiyi üçün Ərdoğan sosiaı bazasının əsasını təşkil edən ac, savadsız və aşırı dindar kütıənin qarnını büdcə hesabına doydura bilirdi. Artıq bir neçə ildir ki, Türkiyə iqtisadiyyatı böhran içindədir. Büdcədə aclara paylamaq üçün vəsait yoxdur. Bank faizləri yüksək olduğu üçün aclar istehlakçı kreditlərindən də məhrumdurlar. Acdan Ərdoğan kimim gözü doymayan toxa arxa olmaz.
Əslində Türkiyədə islamçıların, nəticə etibarı ilə Ərdoğanın hakimiyyətə gəlməsinin əsas səbəblərindən biri ölkəni bürümüş sosial-iqtisadi böhran idi. İndi olduğu kimi…
Ərdoğan Türkiyə gənəlində verdiyi sözləri də yeyinə yetirmədi. Əvvəlcə 2020-ci il üçün. daha sonra cümhuriyyətin 100 illiyinə Türkiyəni Dünyanın 10 ən iri iqtisadiyyatı sırasına salacağını söz vermişdi. İndi Türkiyə ÜDM-nin həcminə görə 17-ci yerdədir. O hakimiyyətə gələnə qədər 20-ci yerdə idi. Əhalinin həyat səviyyəsinə görə 48-ci yerdədir. Sosial-iqtisadi vəziyyət isə gündən-günə pisləşir. Son hadisələrdən sonra daha da pisləşəcək…
25 mart 2025-ci il
SÜRİX












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.