Tariximizi ərəb millətçiliyinə qurban verdikcə, kiçilirik!!!!
23-04-2025, 11:04

TRT-də "Mehmet fetihler sultanı" adlı film var. Filmdə Sultan Fateh Mehmetin İstanbulu fəth etməsində açar rolunu oynayan iki adam var. Biri Ağ Şəmsəddin, o biri Molla Gurani.
Ağ Şəmsəddin özbəöz Azərbaycan ərazilərində söz sahibi olan Ulu Dərviş babamızdır. Bəs Molla Gurani kimdir?
Molla Gurani (tam adıyla Molla Əli Gurani), Azərbaycanlı mütəfəkkir, sufi alimi və şairidir. O, XIII-XIV əsrlərdə yaşamış və böyük dini, fəlsəfi və mədəni təsirə sahib olmuşdur. Molla Gurani, xüsusilə İslam dünyasında geniş tanınan bir şəxsiyyət olmuşdur və Azərbaycan sufi ənənəsinin mühüm nümayəndələrindən biri sayılır.
Molla Gurani'nin doğum yeri bəzi qaynaqlarda onun Goranboy bölgəsindən (indiki Azərbaycanın qərb hissəsi) olduğu iddia olunur. Və yetərli tarixi qaynaqlarda sübuta yetirilib. . Onun sufi təlimləri, insanın içindəki mənəvi işıqları axtarmağa yönələn yanaşmalarına görə dəyərlidir.
Əslində Molla Gurani Tenqrçilik fəlsəfəsi ilə yaşayan və İslamla heç bir bağı olmayan adamdır. Molla rəhbər anlamına gəldiyinə görə çoxları elə anlayır ki, o İslam fəlsəfəsinin təlimçisidir. Lakin elə deyil.
Gurani dəfələrlə İslam, xristian və digər dinləri inkar etdiyinə görə müxtəlif cəzalar alıb.
Lakin ən vacibi odur ki, Gurani də, Ağ Şəmsəddin də Sultan Fateh Mehmetin yanında Tükr Törəsi, idealogiyası ilə İstanbulu fəth etməsinə səbəb olan əsas fikir babalarıdır.
Hətta bu iki şəxsin haqqında osmanlı şeyxlər edam fətvası da vermişdilər. Çandarlı Xəlil Paşa da imzalamışdı.
Lakin ən son anda İstanbulun fəthinə dəstəkk verən Təbriz, Ərdəbil, Xorasan, Rey orduları gəldi. Bunu heç vaxt TRT deməz. Və İstanbulu fəth edən komutan, əslində Türk Törəsi ilə, Tenqri inancı ilə, Tenqri fəlsəfəsi ilə qazandı.
Tariximizi ərəb millətçiliyinə qurban verdikcə, kiçilirik!!!!
Razi Abasbəyli
TEREF