Ömrünü xilaskarlıq ruhuna qurban vermiş İTKİN QADIN

Bu gün, 07:34           
Ömrünü xilaskarlıq ruhuna qurban vermiş İTKİN QADIN
Qanlı Adaya - Narginə qurudan ən yaxın məsafədəyik...
Zığ Burnunda... Sona xanım Hacıyevadan danışırıq...
Nargin uzaqdan görünür, qüssəsi isə qəlbimizdədir...
Bu adanın hər dönəmi acı dastandı. Həm də milli özünüdərk dastanıdı. Kitablara sığmaz müsibəti var...
Bu adada nələr oldu...
Düşmən, bu susuz, bir adı da `İlanlı Ada` olan bu məkanda kimlərimizi ilana-çayana yem etdi...
kimlərimizi sənədsiz-sübutsuz öldürdü...
Kimlərimizin ayağına daş bağlanıb dənizə atdı...
Hələ də doğru-dürüst araşdırılmır. Hələ də xalqın tarixi xalqa açılmır...
Hansı xalqın tarixində belə bir ADA olsaydı muzeyə çevirər və gələnə, gedənə görk edərdi...
Təkcə gələnə-gedənə deyil, elə özünə də görk edərdi... Vətəndaşını məktəb yaşından ali məktəbə kimi NARGİN MUZEYİNƏ gətirməyi, öyrətməyi, günahsız qurbanları, ağır dönəmləri tanıtmağı təhsil proqramına salardı.
Biz etmərik...
Dövlətin bir vəzifəsi də vətəndaşının yaddaşına tarixi ayar verməkdir ki, bu sahədə yüzillik axsaqlığımız davam edir.
Biz bu məkana zamanının ən böyük XANIMI olan Sona xanım Hacıyevadan danışmağa gəldik.
Sona xanım çox zəngin, çox hünərli, çox mədəni, çox cəsarətli və... damarlarında axan türk qanının haqqını vermiş bir şəxsiyyətdir.
Necə ki Ümmugülsüm 37 repressiyasında Bayıl türməsində olarkən qanlı sovet rejiminə etiraz şeirləri yazan yeganə şairdir... eləcə də Sona xanım Hacıyeva Nargin adasından əsir türk zabitləri qaçıran, onları hazır ölümün caynağından qoparan tək qadındır.
Əlbəttə, o əsirlərin xilaskarları bütün Bakı camaatı, Abşeron kəndliləri idi. Amma Sona xanımın hünəri bir başqadır...
O gördüyü işlərlə YEGANƏ bir xanımdır...
Ömrünü xilaskarlıq ruhuna qurban vermiş İTKİN QADINDIR.
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.