Bütün analar avtomobil qaldıra bilməsələr də, onların hər biri sizi öz bildiyi yol ilə xilas etmək gücünə malikdir.

19-05-2025, 16:04           
Bütün analar  avtomobil qaldıra bilməsələr də,  onların hər biri sizi öz bildiyi yol ilə xilas etmək gücünə malikdir.
1982-ci ildə ABŞ-ın Corciya ştatında Angela Cavallo adlı qadın ağlasığmaz bir şey edir. Onun oğlu köhnə Chevrolet Impala avtomobilinin altında təmir işləri görərkən qəfildən hidravlik domkrat qırılır. Çəkisi bir ton yarımdan çox olan avtomobil gurultu ilə oğlunun üzərinə düşür.
Səs-küyü eşidən Angela dərhal evdən çölə qaçır və yalın əlləri ilə maşını oğlunun üstündən qaldırır.Qonşular gəlib metalın altında qalan oğlunu xilas edənə qədər ana maşını havada saxlamağı bacarır.
O, nə idmançı, nə də bodibilder idi. İdman zallarına da heç vaxt getməzdi.
O, sadəcə ana idi.
Elm adamları bunu "hipermaternal reaksiya" adlandırırlar: ana instinktinin yaratdığı an, bədənə qeyri-adi adrenalin verir və bir neçə saniyə ərzində ona fövqəlbəşəri güc gəlir.
Bütün analar avtomobil qaldıra bilməsələr də, onların hər biri sizi öz bildiyi yol ilə xilas etmək gücünə malikdir.
Ona görə də onları qucaqlayın. Onlara zəng edin.Onları unutmayın.
Çünki əsl möcüzənin adı... ANAdır!
Rübabə Səməndər Runa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru