Həyat ölümə doğru bir qatar səyahətidir, əgər bu səyahətə çıxsanız, sonunda bu qatardan düşəcəksiniz.

28-05-2025, 09:04           
Həyat ölümə doğru bir qatar səyahətidir, əgər bu səyahətə çıxsanız, sonunda bu qatardan düşəcəksiniz.
Məhşur dizayner və yazıçı Kirzayda Rodriqezin 40 yaşında mədə xərçəngindən vəfat etməzdən əvvəlki son sozləri.
Mənim qarajımda dünyanın ən bahalı avtomobili var idi, amma indi əlil arabasında gəzməli oluram. Şirkətimdə hər cür brend paltarlar, ayaqqabılar və qiymətli əşyalar satılır. Amma indi bədənim xəstəxananın verdiyi kiçik ağ paltoya bürünüb.
Bankda çoxlu pulum var, amma artıq ehtiyacım yoxdur.
Evim qala kimi idi, amma indi xəstəxana çarpayısında yatıram.
Beşulduzlu oteldən beş ulduzlu otelə keçdim, amma indi vaxtımın çoxunu bir labaratoriyadan digərinə keçərək xəstəxanada keçirirəm.
Yüzlərlə insana imza atmışam, amma bu dəfəki imzam tibbi sənədlərin üzərindədir.
Saçımı yeddi bərbərə düzəltdirmişəm, amma indi bir dənə də saçım yoxdur.
Şəxsi təyyarəm var və mən hər yerə uça bilirəm.
Amma indi xəstəxananın qapısına çatmaq üçün iki qulluqçuya ehtiyacım var.
Tamamilə istənilən yeməyi ödəyə bilsəm də, indi mənim pəhrizim gündə iki tablet və gecə bir neçə damcı duzlu sudan ibarətdir.
Bu ev, o maşın, o təyyarə, o mebel, bankdakı pul, reputasiya və şöhrət, bunların heç biri mənə kömək edə bilməz, heç biri dərdimi yüngülləşdirə bilməz və sonra başa düşdüm ki, ən önəmli şey sağlamlığımdır.
Həyat ölümə doğru bir qatar səyahətidir, əgər bu səyahətə çıxsanız, sonunda bu qatardan düşəcəksiniz.
Aziz Mustafa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru