Xəyanətin kökü...
29-05-2025, 10:54

Alovlu bolşevik Nəriman Nərimanovun Şuşalılarla bu şəkili 1920- ci ilin oktyabr ayında Şuşanın Gövhər Ağa məscidində çəkilib.
Şuşa səfərindən bir ay sonra1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli "tarixi" iclasında N.Nəimanov Bəyanatla çıxış edir:
"Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılır".
Arxasınca da Orconikidze çıxış edərək deyir: "Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: “Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün". Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur"
PS: Xəyanətin tarixi sandığımız qədər yaxın deyil. Kökü 1920-ci il bolşevik işğalı dövrünə qədər gedib çıxır
Orxan Cəbrayıl
TEREF