Aşurada Hüseynə ağlaşma qurmaq Türkün öz türklüyünü unutması üçündür

4-06-2025, 15:04           
Aşurada Hüseynə ağlaşma qurmaq Türkün öz türklüyünü unutması üçündür
"Aşurada kütlələr niyə məhz İmam Hüseynin şəhidliyinə ağlaşma qurur? Heç düşündünüzmü bu barədə? Çünki İmam Hüseyn fars Sasani kralı Yəzdigərdin qızı Şəhrəbanının əri idi. Ərəb Xilafətinə məğlub olmuş farslar (Sasani Dövləti) Şüubiyyə ideologiyası uğrunda mübarizə aparırdılar. Şüubiyyəlik zərbə aldığına görə, farslar dərhal bu olaydan Aşura mərasimləri düzəldərək məğlub olmuş farsı ərəb qarşısında diri tutdular.
Ey türk, bu olayda, tarixi hadisələrdə sənin yerin haradadır? Bu olayların sizə heç bir aidiyyatı yoxdur axı. Nə İslamda, nə Quranda, nə şəriətdə aşura mərasimi anlayışı yoxdur. Aşura İslamda fikir ayrılıqlarının, siyasi qarşıdurmaların nəticəsində meydana çıxmış bir siyasi hadisədir. Aşura-dini mərasim deyil, fars etnik mərasimidir. İslam dinində bu mərasimi yerinə yetirmək məcburiyyəti yoxdur. Aşura-fars ritualıdır və fars dövləti olmuş Sasanilərin Ərəb Xilafəti tərəfindən məğlub edilməsinə İmam Hüseyn üzərindən ağlayışdır.
Aşurada Hüseynə ağlaşma qurmaq Türkün öz türklüyünü unutması üçündür. Biz türklər Midiya dövlətimizdəki Qaumatanın, Göytürk dövlətimizin sərkərdəsi Gül Tiginin, Gürşadın, Oğuzların Xaqanı Alp Ər Tonqanın ölümlərinin Türk millətinin tarixində, milli inkişafında yaratdığı boşluğu dərk etsəydik, bir dəfə də oturub onlara, heç olmasa Ənvər Paşaya, Sarıqamışda şəhid olmuş 100 min şəhidimizə, 1918-də öldürülmüş onminlərlə azərbaycanlıya, Xocalıya ağlayardıq".
Fəlsəfə doktoru, tarixçi Yasəmən Qaraqoyunlu.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.