Kriçinski qardaşlarının Azərbaycan Cümhuriyyətinin yaradılmasında və fəaliyyətində böyük xidmətləri
4-06-2025, 16:04

Bu bizik?!
Lex ölkəsinin və onun Leon və Olqred Kriçinski qardaşlarının Azərbaycan Cümhuriyyətinin yaradılmasında və fəaliyyətində böyük xidmətləri olduğunu danmaq mümkün deyil. Olqred Kriçinski AXC-nin ədliyyə nazirinin müavini, Leon Kriçinski AXC Nazirlər Kabineti Katibliyinin rəisi vəzifəsində 1920-ci il aprelin 27-dək AXC-nin mövcudluğunun sonuncu gününədək öz vəzifələrini vicdanla yerinə yetiriblər.
Bu gün Olqred Kriçinskinin öldürüldüyü gündür. Tərcümeyi halı göz oxşayır: siyasi xadim, Krım Tatar Milli Azadlıq hərəkatının iştirakçısı, Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini və diplomatı.... Vilnüs məhkəməsinin prokuroru, 1932-ci ildən Varşava Ali Məhkəməsinin prokuroru, Polşanın Tatar Mədəniyyət və Təhsil Birliyinin rəhbəri...Azərbaycan hökumətinin 10 may 1919-cu il tarixli qərarı ilə Olqred Kriçinski Azərbaycan Məhkəmə Palatasının prokuroru təyin olunmuşdur Daha sonra o, Azərbaycan hökumətinin 7 iyul tarixli fərmanla Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini təyin edilmişdir.1920-ci ildə, Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndəsi kimi Tiflisdəki Ümümqafqaz konfransında iştirak edib. Buraya Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri dəvət edilmişdi. Olqerd Kriçisnki Qafqaz Konfederasiyası layihəsinin müəllifidir vəa bu konfrans onun layihəsinin əsasında təşkil edilib.

2-cü dünya müharibəsi zamanı öldürülmə səbəblərinin əsasını Azərbaycan Cümhuriyyətində işlədiyi dövrdəki"əməlləri"olmuşdur.
Müstəntiq ona Bakıdakı fəaliyyəti ilə bağlı daha çox suallar verirdi.
Onun istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur ki, Olqerd Kriçinski iki ay Bakı Məhkəmə Palatasında Prokuror işləmiş, daha sonra Cümhuriyyət Hökuməti Ədliyyə Nazirinin köməkçisi olmuş, 1920-ci ildə Tiflisdə keçirilən üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) nümayəndələrinin konfransında Azərbaycan Hökumətinin nümayəndəsi kimi iştirak etmişdir. Müstəntiqin bu konfransda hansı məsələlərə baxılması barədə sualına cavabında o bildirir ki, həmin konfransda Azərbaycan Gürcüstan və Gürcüstan Ermənistan dövlətləri arasında mübahisəli torpaq məsələsi və Qafqaz konfederasiyasının yaradılması məsələlərinə baxılmış, lakin Azərbaycanda baş verən inqilab və milli hökumətin süqutu bu məsələlər barədə yekun qərara qəbul etməyə imkan verməmişdir. Bakıda məhkəmə palatasında işlədiyi dövrdə kommunist və inqilabçı fəhlələrin işinə baxması ilə bağlı sualına isə o, fəaliyyəti dövründə bu tərkibli işlərə baxmadığını bildirmişdi. Bundan başqa müstəntiq ondan Azərbaycanın görkəmli ictimai siyasi xadimi olmuş Xəlil bəy Xasməmmədovla, Krım tatarlarının lideri Cəfər Saydamit, Əfqanıstan xanı Əmənullah və digər siyasi xadimlərlə əlaqələri, Sovet İttifaqına qarşı əksinqilabi fəaliyyəti haqqında ifadələr almağa çalışmışdır. O. Kriçinski ona qarşı irəli sürülən bütün ittihamları rədd etsə də SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) repressiyasından xilas ola bilmir. Ona 2 may 1942-ci ildə XDİK-nın qərarı ilə ölüm hökmü verilmiş və düz bir ay sonra Qorki şəhərində 1942-ci ilin 2 iyununda bir aydan sonra qərar icra olunur...
Bu vaxt onun 56 yaşı var idi...
sözardı: Olqred dediyim kimi Qafqaz Konfederasiyası paktının təşəbbüsçülərindən, layihəçilərindən və bunun uğrunda mübarizə aparan dipliomat olub. O.Kriçinski əmin olduğunu bildirirdi ki, özlərinin müstəqi siyasi mövcudluq qabiliyyətini və dövlətçilik keyfiyyətini sübut etmiş Azərbaycan, eləcə də digər Cənubi Qafqaz xalqları yenidən azadlıqlarına qovuşacaq və Şimali Qafqazla birləşərək gələcək neobolşevik Rusiyanın müstəmləkəçi siyasətinin qarşısında güclü sipər kimi dayanacaqlar. 30-cu illərdə Qafqaz mühacir dairələri (erməniləri istisna etmək şərti ilə) arasında populyar olan və 1934-cü ildə Brüsseldə Qafqaz Konfederasiyası Paktının imzalanması ilə nəticələnən bu siyasi təşəbbüs təəssüf ki, o zaman da, sonralar da məhz erməni tərəfinin destruktiv mövqeyi üzündən reallığa çevrilmədi. Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası mühacir liderlərinin 1934-cü ilin avqustunda Brüsseldə Qafqazın milli müstəqillik mübarizəsini koordinasiya etmək məqsədi ilə Qafqaz Konfederasiyası Paktını imzaladıqları günlərdə O.Kriçinski belə yazırdı: “Qafqaz xalqlarının böyük əksəriyyəti tərəfindən Qafqaz Konfederasiyası ideyasının dəstəklənməsi üçün çox gözləmək lazım gəldi”. Müəllif ümid edirdi ki, “Qafqazın Sovet Rusiyası tərəfindən işğalının acı nəticəsi azadlıqlarını əldə etmək və müstəqilliklərini qorumaq baxımından region xalqlarına bundan sonra Qafqaz Konfederasiyası ideyasının əhəmiyyətini daha yaxşı başa düşməyə imkan yaradacaqdır”.
Baba Allahnəzərov
TEREF