ÜÇ KİLSƏ Y O X EQMİADZİN

Dünən, 08:04           
ÜÇ KİLSƏ  Y O X  EQMİADZİN
TELEKANALLARDA bizim kilsəmizi, ermənilərin EÇMİADZİN dedikləri EQ+MİADZİN kilsəmizi ÜÇKİLSƏ adlandırırlar. Bu deyiliş zahirən vətənpərvərlik kimi görünür, ancaq onun elmi əsası yoxdur. Üçkilsə çox sonralar İslamiyyət dövründə o məbədə verdiyimiz addır. Bizim soydaşlarımız ilk EQLİ məbədini xristianlıqdan çox qabaq ARALIQ dənizinin şərq sahilində inşa etmişdilər. Xristianlıqdan sonra həmin məbədin bünövrəsi üzərində Eqmiadzin kilsəsini tikdilər. Qafqaza köçəndə artıq onlar xristian idilər, İrəvan çuxurunda yeni inşa etdikləri kilsəni FƏLƏSTİNLƏ SURİYA arasında olduğu kimi EQ+MİADZİN adlandırdılar. Bizim bildiyimizə görə Suriyadan, Kilikiyadan İrəvan çuxuruna köçürülən insanların hamısı erməni lərdir. Əslində isə onların çoxu erməni deyildi, bizim xristian soydaşlarımız idi. Onlar hələ XlX əsrin önlərinə, rus işğalına qədər tamamilə erməniləşməmişdilər. YEVREY əsilli rus alimi İVAN İVANOVİÇ ŞOPEN 1866-cı ildə nəşr etdirdiyi "NOVIE DANNIE O KAVKAZE İ YEQO DREVNİX OBİTATELEY" kitabında yazır: EÇMİADZİN kilsəsinin adı EQMİADZİN olmuşdur, EQMİADZİN KİLSƏLƏRİN ANASI DEMƏKDİR. EQ, yəni ANA TATAR (AZƏRBAYCAN) sözüdür (Bax: səh.37, 100, 102-103, 104). QARABAR (XRİSTİAN QIPÇAQ) dilində ANAYA EQ deyilir. Buna uyğun olaraq Azərbaycan dilində ÖGEY ANA sözü var. İLAHƏ ANAYA EQ, özlərinə EQLİ deyən əcdadlarımız eradan əvvəl ll minillikdə Aralıq dənizinin şərq sahillərini, FƏLƏSTİNİN məhsuldar vadilərini tutmuş, orada özlərinin xristianlıqdan öncəki məbədlərini inşa etmişdilər. İndi EGEY kimi xəritələrdə gördüyümüz dəniz onların adı ilə EQLİ adlanırdı (Bax: Ernst Renan. İstoriya pervıx vekov xristianstva. cild lV.Sankt Peterburq. 1873.səh.194; Hans Myuleşteyn. İstoriçeskaya znaçenie voprosa o etruskax. Moskva. 1938.s.51) və s. Mənim bu mövzuda kitabımın biri 2020-ci, biri 2023-cü ildə elmi şuranın qərarı ilə nəşr olunmuşdur.Ancaq neyləyim ki, nağara çalan professorların hökmran olduğu, mağara düşüncəli dosentləriin züy tutduğu AMEA-da onlara qiymət verən yoxdur.
İLHAMI CƏFƏRSOY
Tarixçi Alim












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.