Şah İsmayıl və Taclı Bəyim... Taclıbəyimin əsir olub? ... Həqiqi Tarix
6-06-2025, 12:54
Çaldıran döyüşündə Şah İsmayılın xanımı Taclıbəyimin Yavuz Sultan Səlimə əsir düşməsi hadisəsi haqda sərsəmləmələr baş alıb gedir. Qeyd edək ki, Şah İsmayıl döyüş meydanından çıxarılarkən Taclıbəyim savaş meydanında qalır. Təxminlərə görə o, yarım günlük əsirlikdə qalır. Bəzi ehtimallara görə, üstündə olan daş-qaşlarını verərək əsirlikdən qaçır. Bu, həqiqətə uyğun deyil! Şah İsmayılın döyüşü uduzduğunu görən xəlvətilər ( Osmanlı qoşunlarında döyüşən şiyə təmayüllü sufilər) onu əhatələyərək döyüş meydanından çıxararaq Gilana gətirirlər. Ertəsi gün Taclıbəyim Xoy yaxınlığında ətrafında da bir neçə atlı ilə tapılaraq, Şah İsmayılın yanına aparılır. Gilanda qızılbaşların yeni dəstələri formalaşdırılır və Təbriz istiqamətinə yürüş başlayır. Təbrizdə ,,Şah Gəldi" bir fitva olaraq camaatı ayağa qaldırır. Sultan Səlim vəziyyətin ağır olduğunu dərk edib Təbrizdən çıxır. Taclıbəyim yenə Şah İsmayılın yanında yaşayır və Şah İsmayılın vəfatından sonra oğulluğu Təhmasibin yanında qalır. Yaşlanana qədər Təbrizdə olur. Və sonralar yaşlı ikən Şiraza göndərildiyi vaxt yolda ölür. TEREF