Pessimist-Realist-Optimist (Yanaşma tərzi)

6-06-2025, 15:04           
Pessimist-Realist-Optimist (Yanaşma tərzi)
Amerikada ağır işlərdə işləyən fəhlələr haqqında tədqiqat aparan bir alim böyük bir göydələnin tikildiyi meydançaya gəlir. Alim fəhlələrdən birinə yaxınlaşaraq: “Nə edirsiniz?” – deyə soruşdu. Fəhlə az qala qışqıra-qışqıra: “Məgər görmürsünüz? Bütün günü sementin-qumun tozunu uduram. Üstəlik, gecələr yorğunluqdan yata bilmirəm”, - deyir. (Pessimist)
Alim oaradan uzaqlaşır və çəkinə-çəkinə ikinci fəhləyə yaxınlaşır, ona da eyni sualı verir. Fəhlə: “Kərpic hörürəm. Düzdür, bəzən yoruluram. Ancaq ailəmə, uşaqlarıma pul qazandığım üçün işimdən razıyam”, - deyə cavab verir. (Realist)
Bir az cəsarətlənən alim üçüncü fəhləyə yaxınlaşır və ondan: “Bəs siz nə edirsiniz?” – deyə soruşur. Fəhlə tikilməkdə olan göydələni göstərərək: “Bu şəhərin ən hündür və ən böyük binasını tikirəm”, - deyə cavab verir. (Optimist)
Səfər İbrahimli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru