7000 ildən çox yaşı olan iki mumiya fövqəladə şəraitdə tapılıb
Dünən, 10:04

Saxaranın amansız günəşi altında, Takarkori mağarasının kimsəsiz dərinliklərində arxeoloqlar bəşər tarixinin əsaslarını sarsıda biləcək bir sirri açdılar. 7000 ildən çox yaşı olan iki mumiya fövqəladə şəraitdə tapılıb.
Amma elm dünyasını əsas təəccübləndirən bu qadınların tapıldığı şərait və ya yaşı deyil...
Onların DNT-sidir.
2 aprel 2025-ci ildə Nature jurnalında yayımlanan araşdırma çox vacib bir hipotezlə qarşımıza çıxır: Bu qadınlar insanın nəsil ağacının unudulmuş budağına, minlərlə il ərzində Saxaranın keşməkeşli təbii maneələrinin arxasında izolyasiyada qalmış paralel insan nəslinə aid ola bilərlər. Genetik analizlər isə daha dəqiq danışır: Bu insanlarla qonşu xalqlar arasında heç bir qohumluq əlaqəsi yoxdur. Bu nəsil müasir insanlardan təxminən 60000 il əvvəl ayrılıb!
Daha qəribəsi isə budur ki, DNT-lərində Neandertal izləri tapılıb - ehtimal ki, bir vaxtlar fərqli insan növləri ilə qarşılaşıb, cütləşib və özlərində qədim dünyanın izlərini daşıyırlar. Qədim dünyaya edilən bu səyahət daxili qulaqdakı ''os petreux'', yəni daşlaşmış sümük kimi tanınan qeyri-adi strukturun özü kimi qeyri-adi DNT qoruma xüsusiyyəti sayəsində mümkün oldu.
Elm Azərbaycan
TEREF