Şah İsmayılın Səfəvinin ( Xətai ) əlyazma nüsxəsindən bir miniatür.
Dünən, 11:54

Sevda Amanova
Minatürdəki şeir də türkcə ( Azərbaycan dilində ) yazılıb, biraz boş zamanım var idi deyə özüm çevirdim. Nə yaxşı ki, vaxtında ərəb əlifbasını səbirlə öyrənmişəm. Əski yazıları oxumaq rahat olur. Amma işimiz xeyli uzundur: Ərəb yazısının əsas 5 kursiv üsulu var:
1. Nəsx xətti
2. Nəstəliq xətti
3. Divani xətti
4. Süls xətti
5. Ruqə xətti
Mən isə hələ ikisini öyrənmişəm. Zamanla digərlərini də öyrənməyi düşünürəm. Xüsusilə ilə Qacar dövrü mənbələrini oxumaq üçün:))
Yeri gəlmişkən, bunların ikisi türklər tərəfindən yaradılmışdır:
—Nəstəliq — Azərbaycanlı Mir Əli Təbrizi
—Divani — Türkiyəli İbrahim Münif
Minatürdəki şeir bu cürdür:
Ta məni ayırdı dövran sevgi yarımdan mənim,
İncidi gögdə məlayik ahü zarimdən mənim
Surətin gördüm, nigara, valehü sevdayimən,
Firqətin dövr eylədi səbrü qərarımdan mənim
Həsrətəm Yaqub tək Yusif yüzinə ey Səba
Tanrı içün bir xəbər algil nigarimdən mənim
📌شاه اسماعیل صفوی (خطایی) نین الیازما نسخه سیندن بیر مینیاتور.
تا منی آییردی دوران سولو یاریمدن منیم
اینجیدی گؤیده ملایک آه و زاریمدن منیم
صورتین گؤردوم نگارا واله و سودای من
فرقتین دور ائیله دی صبر و قراریمدن منیم
حسرتم یعقوب تک یوسف یوزینه ای صبا
تانری ایچون بیر خبر آلگیل نگاریمدن منیم
Həmin şeir Şah İsmayıl Xətainin seçilmiş əsərlərində səhifə 135-136- dadır. ( Şərq- Qərb Nəşriyyatı, Bakı 2005 )
HƏMİDƏ CAVANŞİR
TEREF