Müasir "plastik" cərrahiyyənin atası Gaspare Tagliacozzidir

14-06-2025, 09:04           
Müasir "plastik" cərrahiyyənin atası Gaspare Tagliacozzidir
16-cı əsrdə italyan həkimi Qaspare Taqliakotsi burun əməliyyatında inqilab edir
O, Siciliyada istifadə edilən qədim bir texnikanı təkmilləşdirərək, qoldan buruna dəri köçürməsi üsulunu elmi şəkildə təqdim edir. Əməliyyatda xəstənin qolu üzünə bağlanır, dəri buruna yapışana qədər 3-6 həftə gözlənilirdi. Sonra qol ayrılır və yeni burun formalaşdırılırdı.
Bu metodla məqsəd təkcə görünüşü bərpa etmək deyildi, onlara görə, insanın ləyaqətini, özünə inamını da geri qaytarmaq idi.
1597-ci ildə yazdığı kitab (De Curtorum Chirurgia per Insitionem) Avropada plastik cərrahiyyənin elmi başlanğıcı sayılır.
Bu gün də onun təməlini qoyduğu “flap texnikası” bir çox rekonstruktiv əməliyyatlarda istifadə olunur.
Taclı Bəyim
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru