Persiya 1935- ci ildə İran olandan sonra Azərbaycan türk dövlətlərinə məxsus abidələr viran olmaqda davam edir,

26-06-2025, 16:04           
Persiya 1935- ci ildə İran olandan sonra Azərbaycan türk dövlətlərinə məxsus abidələr viran olmaqda davam edir,
Hazırda İran adlanan coğrafiyada Dövləti Bayanduriyyə (Ağqoyunlu) hökmdarı Həsən Padşah tərəfindən Təbrizdə Sahib Abad meydanında təməli 1419-cu ildə Padşah fərmanı ilə inşa edilən Sultan Həsən məscidinin son durumu.
Tarixi sənədlərdə məscid "Həsən padşahın məscidi" adlanır. Övliya Çələbi məscid barədə yazır:
"Sultan Həsən Məscidi Uzun Həsən tərəfindən sultanlar layiq tikilən məscidir. Məscidin sütunlarının bənzəri Misir, Şam, İraqi-Ərəb və Əcəmdə yoxdur. Yalnız bu Həsən camesindədir"

Səyyahlar və o dövrün tədqiqatçıları qeyd edirlər ki, İslam dininin məzhəblərinə də ayrı-seçkilik qoyulmurdu onun dövründə..
Sultan Həsən məscidinin yanında hənəfi, bir tərəfində şafii məscidi, bir tərəfində şiə, bir tərəfində isə sünni məscidləri yerləşib.( BAX: Sandra Aube, "The Uzun Hasan Mosque in Tabriz: new perspectives on a Tabrizi ceramic tile workshop")
Həsən Paşa məscidinin hazırkı vəziyyəti Təbrizdəki digər tarixi abidələrimiz kimi Pəhləvi və Molla rejimində məhv olmağa başlanıb. Bu abidə İran Pəhləvi dövründə, 1975-ci ildə “Milli Abidələr” siyahısında qeydiyyata alınsa da, İranda Azərbaycanın bir çox tarixi abidəsi kimi nəzarət edilmədiyindən, ciddi dağıntılara məruz qalıb.

Hətta 2020-ci ildə Həsən Paşa məscidinin giriş hissəsi məhərrəmlik mərasimi keçirənlər tərəfindən yandırılıb.
Eyni bundan da pis vəziyyətdə Cahanşah məscididir ki, bu barədə növbəti yazımda.
Persiya 1935- ci ildə İran olandan sonra Azərbaycan türk dövlətlərinə məxsus abidələr viran olmaqda davam edir, bu günün özündə də.
Dr. Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru