Azərbaycandan təyyarə qaçışı: Sovet-İran gərginliyi və Amerika
Bu gün, 08:34

1976-cı ildə Sovetlər Birliyi ilə İran arasında az qala müharibəyə səbəb olacaq hadisə baş verir.
Azərbaycandan Amerika ilə münasibətləri çox yaxşı olan İrana təyyarə ilə qaçış həyata keçirilir. Kiçik AN-2 təyyarəsi ilə Zabratdan Lənkəran şəhərinə sərnişin və poçt bağlamaları gətirən pilot Valentin Zasimov, sentyabrın 23-də təyyarədə daha sərnişin olmadığı anı gözləyib və Xəzər dənizi üzərində alçaq hündürlükdə uçaraq Sovet-İran sərhədindən 50 kilometr cənubda yerləşən Əhər şəhərinə çatır.
İran polisləri onu həbs edən zaman o, Amerika Birləşmiş Ştatlarının Tehranda yerləşən səfirliyindən siyası sığınacaq istəyir. Əlbətdə, Amerika dərhal buna reaksiya verir və ona viza verməyə razı olur.
Zasimov siyasi sığınacaq istəməsinə səbəb isə hansısa intizam tənbehinə görə silahlı qüvvələrdən xaric edilməsini və rütbəsi aşağı salınmasını göstərir.
O dövrdə gərgin beynəlxalq vəziyyət Sovetlərdəm sərt reaksiya və prinsipial mövqe tələb edirdi.
“Qaçma epidemiyasının” qarşısını almaq və qaçağı nümayişkaranə şəkildə geri qaytarmaq üçün SSRİ İrana misli görünməmiş təzyiqlərə başladı. Məsələ ənənəvi etiraz notası ilə yekunlaşmayıb.
Tehran Zasimovu təhvil verməkdən imtina etsəydi, Moskva xəbərdalıq edir ki, onlar pul və silahla İranda yerləşən kürd separatçılarına və İran müxalifətçilərinə təmin edəcəklər.
2000 kilometrlik nəhəng Sovet-İran sərhədi bir davamlı qaynar nöqtəyə çevrilmək təhlükəsi ilə üzləşdi. SSRİ sərhəddə 180 min nəfəri - 19 motoatıcı, tank və hava desant diviziyasını, 4000-dən çox tankı, 500 qırıcısını və 150 strateji bombardmançı təyyarəsini hazır vəziyyətə gətirdi.
Tehrana sərfəli olan 3 milyard dollarlıq müqavilə dayandırıldı. Belə olan halda İran təkcə SSRİ-dən olan sənaye avadanlıqlarını deyil, həm də metal və quru meyvə bazarlarını itirəcəkdi. Bütün bunlar köhnə poçt təyyarəsini və itirilmiş pilotu saxlamaq üçün?
İran rəhbərliyi ağıllı şəkildə milli təhlükəsizliyi riskə atmamaq qərarına gəldi və 1976-cı il oktyabrın 25-də Valentin Zasimovu ekstradisiya etdi. Heç bir sirri olmayan pilot Amerikanı da maraqlandırmırdı.
Amerikanın Tehrandakı səfirliyi siyasi sığınacaq üçün heç bir müraciət almadıqlarını bildirdi.
İranlılar bəzi reputasiya itkilərinə məruz qalsalar da, Sovet İttifaqı ilə münasibətlərini ciddi şəkildə möhkəmləndirdilər. Ölkələr İrana sovet traktorlarının, yüngül zirehli maşınların və “Strela-2” hava hücumundan müdafiə raket sisteminin tədarükünə dair yarım milyard dollarlıq müqavilə imzalayıb, həmçinin təyyarə parkının yenilənməsi və iranlı mütəxəssislərin SSRİ-də hazırlanması barədə razılığa gəliblər.
Geri qaytarılan Zosimovu ağır cəza, o cümlədən ölüm cəzası gözləyirdi, lakin məhkəmə pilotun xidmətlərini və onun hərbçi yoldaşlarının izahatını nəzərə aldı. Nəticədə Valentin Zasımov Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
O, 1985-ci ildə vaxtından üç il əvvəl azad edildi. Valentin Zasimov 1995-ci ildə vəfat edib.
Dr. Zaur Aliyev
TEREF