Bu gün Şahmərdanın həlak olduğu gündür!! FOTO
Bu gün, 07:48

Salam Komandir !
Hamı deyir ki, Qəhrəmanlar ölmürlər. Amma səhvdir. Mənə görə qəhrəmanlar da ölürlər. Özü də o vaxt ölürlər ki, unudulurlar.
Bu bizik?!
Bu gün İstiqlalçı millət vəkili, 1-ci Qarabağ müharibəsinin Naxçıvandan olan iştirakçısı, Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Məhəmməd oğlu Cəfərovun öldürüldyü gündür. Şahmərdan Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində anadan olub. 17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir.

Şahmərdan Cəfərov anadan olanda sanki qəhrəman kimi doğulmuşdu. Bunu hər kəs təsdiq edə bilər. Və zaman keçdikçə Şahmərdan Cəfərovun öz xalqının və Naxçıvanın azadlıq simvoluna çevrilməsi bir sirr kimi də görünə bilər.
Sirrin isbatı isə odur ki, Şahmərdan hər şeyi unudaraq xalqının azadlığı uğrunda mübarizə aparıb. Mübarizə apardı və qazandı. Xalqın azadlığını, xalqın sevgisini qazandı. Baxmayaraq ki, Şahmərdanı bu hakimiyyət, bu rejim həmişə unutdurmağa çalışdı və bu gün də çalışır. Yəqin bu yerdə bu söz yerinə düşər: Dəyərsizlər hakimiyyətdə olanda dəyirlilər dəyərləndirilməz.
36 yaşında öldürülən, hərəkatımızın "Şahı", Elçibəyin silahdaşı Şahmərdan...

Şahmərdan Əbülfəz Elçibəyi ideal sayan, onun yolunda canından keçməyə hazır olan şəxs olub. Əbülfəz Elçibəylə görüşdən 2 gün sonra öldürülüb. Əslində elə Elçibəyə görə öldürülüb. Şahmərdan bəy Əbülfəz bəylə görüşdən 2 gün sonra vurulub. Vuran şəxs Culfa polisindən Sisyandan olan Qurban Qurbanovdur. Lakin "zakazşik"kin kim olduğu bu gün heç kimdə şübhə doğurmur.
H.Əlievlə soyuqluğu Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına qarşı çıxması sayılsa da əsas narazılıq DİN İsgəndər Həmidovun Səyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edilən zaman Şahmərdan bu qərarı dəstəkləməsi olur. Bax, bu artıq Heydər Əliyevin istəyinə qarşı olmaq deməkdi.! H.Əliyev belə şeyləri bağışlamırdı.
Bundan əvvəl isə onun H.Əliyevlə münasibətləri heç də pis olmayıb. hətda ona müfafiə naziri postunu da təklif edir. Lakin O, qətiyyətlə bu təklifi rədd edir. O, Elçibəyə xəyanət edə bilməzdi. Daha sonrlar isə Şahmərdandan Sərhəd Qoşunlarından istefa verməsi istənilinir. Hətda bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olunur.

Təzyiqlərə dözməyən Şahmərdan hakimiyyətin apardığı siyasətə etiraz olaraq vəzifəsindən istefa verir. Lakin artıq düymə basılmışdı.
1994-cü ilin avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açılması ilə bərabər tezliklə parlamentdə Şahmərdanın həbs olunması ilə bağlı fikirlər səsləndirilməyə başlandı. 1995-ci ilin may ayının 18-də spiker səviyyəsində bu məsələ gündəliyə salınır. Lakin təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk edir və bu evə cənazəsi ilə qayıdır.

Artıq ölümündən illər keçib...Buna baxmayaq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir, hər kəs özünü ona borclu sayır.
Mənim yaddaşımda isə Şahmərdan Cəfərov əzəmətli görünüşü, haqqı bağıran səsi ilə, sərt görünən üzü və o üzün arxasındakı yumşaq və təmiz ürəyi ilə qalıb və qalib kimi də qalacaq. Hərdən mənə elə gəlir ki, Şahmərdan müstəqilliyə təkcə səsini vermədi. O, bu müstəqilliyə tək səsini deyil, ruhunu, canını, qanını da verdi..
Unutmayaq!!
Sözardı: Amma Siz Tanrının Şaha verdiyi taleyə və qismətə baxın ki, şəhidlik zirvəsinə çatdığı iyun 29 dan qırx gün sonra özü anadan olan gün avqustun 12-də Tanrı Şahmərdana oğul qismət etdi !
Baba Allahnəzərov
TEREF