Dəfninə 3 sevgilisi qatılan, dəfələrlə həbs edilən Nazim Hikmətin HƏYATI

3-07-2025, 12:19           
Dəfninə 3 sevgilisi qatılan, dəfələrlə həbs edilən Nazim Hikmətin HƏYATI
Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.

Proqramda Nazim Hikmətin mənəvi qızı olan heykəltaraş Münəvvər Rzayevanın övladı Zemfira Mir-Qədirova anası ilə şairin tanışlığından bəhs edib:

"Anam Moskvada təhsil alarkən Nazim Hikmət onun oxuduğu universitetə mühazirə deməyə gəlir. Sonra şairin tərcüməçisi ilə onun yaşadığı bağa gedirlər. Orada anam Nazim Hikmətə heykəlini yaratmaq istədiyini söyləyir. Nazim Hikmət də "gözümdəki yurd həsrətini canlandıra biləcəksənsə, düzəlt" deyir".

Münəvvər Rzayeva 1954-cü ilin qışında ağır sətəlcəm keçirir. Nazim Hikmət onun sağalması üçün ən yaxşı həkimləri tapır, çətinliklə də olsa, xəstəliyinə qalib gəlməsinə kömək edir. Sonra da onu övladlığa götürmək istədiyini deyir. Lakin Münəvvər Rzayevanın anası buna razı olmur.

İçində yurd həsrəti, vətən nisgili daşıyan şair 1963-cü ilin iyunun 3-də Moskvada dünyasını dəyişir. Maraqlı məqamlardan biri də odur ki, onun dəfn mərasimində həyatında mühüm rol oynamış 3 qadın ‒ Qalina, Vera və Münəvvər bir araya gəlirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru