Malazgird döyüşünün qazanılmasında hansı ortaqlarımız var idi?

Bu gün, 09:34           
Malazgird döyüşünün qazanılmasında hansı ortaqlarımız var idi?
Amma öz aramızdır, Ərdoğan əfəndinin nə deməsinə baxmayaraq, Anadolunun türkləşməsinə səbəb olan Malazgird döyüşünün başqa millətlərlə heç bir əlaqəsi yoxdur. Malazgird döyüşü Səlcuqlu türklərinin Bizans üzərində qazandığı ən böyük zəfərin adıdır. Qərb tarixçilərinin bildirdiyinə görə, Bizansın ən qüdrətli imperatoru sayılan IV Roman Diogenin əsir düşməsi ilə nəticələnən bu döyüşdə Səlcuqlular hardasa indiki Azərbaycan qədər ərazini (78.000 kv. km.) ələ keçirmiş, ağır məğlubiyyətə uğrayan Bizans imperiyası ən azı 30 il özünə gələ bilməmişdi. Tarixçi Tomas Asbridcin fikrincə, "1071-ci ildə Malazgird döyüşündə Səlcuqlular imperiya ordusunu Kiçik Asiyanın şərqində darmadağın etdilər" və bu məğlubiyyət "yunanlar üçün acıverici bir geriləmə idi".
Üstəlik, Səlcuqlular bu döyüşü düşmənlə müqayisədə olduqca kiçik bir qüvvə ilə qazanmışdılar. Bizansın 150-200 min ordusuna qarşı Səlcuqlular cəmi 20-30 min əsgərlə vuruşurdular. Özlərindən 10 qat güclü qüvvəyə qarşı qazanılan bu qələbə Türk hərb tarixinə qızıl hərflərlə yazıla biləcək nadir qəhrəmanlıq nümunəsidir. Zəfərin qazanılmasında Alp Arslanla bərabər Bizans ordusunda muzdlu əsgər kimi yer alan kuman və peçeneq türklərinin Səlcuqlular tərəfinə keçməsinin də böyük rolu vardı. Və bu, əslində türklərin harda olursa olsun, lazım gələndə bir yumruq kimi birləşmə bacarığının örnək hadisələrindəndir. Bir sözlə, Malazgird döyüşündə hər hansı başqa millətin iştirakı barədə heç bir tarixi bəlgələr bulunmamaqdır. Kimisə ucaltmaq naminə türklərin bu əsrarəngiz zəfərini kiçiltməyin, yaxud kimlərsə bölüşməyin heç bir məntiqli əsası yoxdur və ola bilməz də.
Malazgird döyüşündə iştirak edən komandanların heç birinin adında hansısa ərəb və ya kürd tərkibi belə yox idi. Həmin komandanlar bunlardır: Alp Arslan, Afşin bəy, Artuq bəy, Qutalmışoğlu Süleyman şah. Göründüyü kimi, yalnız Qutalmışoğlu Süleymanın adı ərəbcədir, o isə Anadolu Səlcuqlu dövlətinin qurucusu kimi tarixə düşüb. Bu fakt sübut edir ki, Malazgird döyüşü zamanı Türklər hələ ərəb adlarına belə keçməmişdilər.
Heydər Oğuz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.