Bu səhnə filmin ən unudulmaz hissələrindən biridir və kaskadyor tərəfindən yerinə yetirilmişdir…

14-07-2025, 10:34           
Bu səhnə filmin ən unudulmaz hissələrindən biridir və kaskadyor tərəfindən yerinə yetirilmişdir…
San Gotard aşırımından (2106 m) Verzaska (ital. Verzasca) bəndinə gəlmişəm. İsveçrənin italyandilli Tiçino (ital. Ticino) kantonunda Lokarno şəhəri yaxınlığındakı inşa edilmiş bu bənd adını götürdüyü Verzaska dağ çayı üzərində inşa edilib.
Hündürlüyü 220 metr olan bu su bəndini məşhur edən Ceyms Bond (James Bond) filmlərindən birinin ən unudulmaz səhnəsinin burada çəkilməsidir.
1995-də çəkilmiş Golden Eye filmində Bond (Pierce Brosnan) filmin əvvəlində bəndin üstündən möhtəşəm bir "bungee jump" (rezin ip ilə sərbəst tullanma) edir.

Bu səhnə filmin ən unudulmaz hissələrindən biridir və kaskadyor tərəfindən yerinə yetirilmişdir…
İtaliyaya – Komoya gedərkən etmədim tənbəllik, yolumu uzadıb gəlib buralara qədər çıxdım.

İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru