“Ata”, sənin qeyrətinə tüpürüm…

8-12-2017, 10:01           
“Ata”, sənin qeyrətinə tüpürüm…
Yadıma Can düşdü. Deməli, Can Yücəl şeirlərində “göt” sözünü açıq yazdığına görə məhkəməyə verirlər. Hakim soruşur:

– Şair, niyə şeirlərində “göt” sözünü işlətmisən?

Yücəl deyir:

– Hakim bəy, bizim kənddə götə “göt” deyərlər…

Şair sonra belə bir lətifə danışır:

– Bir kənddə bir adam bərk xəstələnir. Həkimə aparırlar. Həkim şam yazır və deyir ki, bu şamı xəstənin anusuna qoyarsız. Kəndlilər kəndə qayıdırlar. Amma heç kim bilmir ki, anus nə deməkdi… Get-gedə xəstənin halı pisləşir. Həkimə zəng etməyə çəkinirlər. Düşünürlər ki, həkim hirslənər. Gəlirlər muxtarın yanına. Vəziyyəti izah edirlər. Muxtar əvvəlcə həkimə zəng etməyə razı olmur. Deyir, yox e, həkim hirslənəcək… Axırda kəndin muxtarı həkimə zəng edir, deyir, həkim, biz bilmirik şamı hara qoyaq, necə edək. Həkim nə qədər edirsə, nə muxtarı, nə kəndliləri başa sala bilir. Axırda deyir, şamı xəstənin götünə soxun…

Muxtar camaata deyir, gördüzmü, deyirdim ki, həkim hirslənəcək…

Can Yücəl bu lətifəni danışır və bəraət alır.

Bunları niyə deyirəm? Demək, Salyanda 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.

Deməli, kişi 3 il qabaq arvadını və 4 qızını öldürüb, evin zirzəmisində basdırıb.

Bu yaxınlarda Xoşqədəmin verilişində süjet gedib ki, Salyanda ana və qızlar yoxa çıxıblar, verisya səslənib ki, yəqin ana 4 qızını da götürüb qaçıb Türkiyəyə.

Kişi və qızların qardaşı bundan bərk narahat olub.

Mehparə Əliyeva və 4 qızının axtarışları üçün bacısı Dürdanə Xoşqədəm xanıma müraciət edib. Dürdanə deyib, öyrəndim ki, onlar sərhədi keçməyiblər. Fikirləşdim ki, ölkədədirlərsə, ola bilməz ki, 3 il ərzində hardasa görünməsinlər.

Ana və 4 qızın itməsi xəbəri ilə bağlı sujetdən sonra çoxlu şübhəli zənglər gəlib Xoşqədəm xanıma. Deyir, kişi və qadın səsləri ilə başqa-başqa nömrələrdən zəng edib deyirdilər ki, onları filan yerdə gördüm. Hər dəfə bir ünvan deyilirdi. Əməkdaşlarımız da həmin yerlərə baş çəkirdi, amma boş çıxırdı. Bilirdik ki, bunlar məqsədli zənglərdi.

Dürdanə xanım bu yaxınlarda Fəqanı görüb və ondan anası ilə bacılarını soruşub. Fəqan ona deyib ki, onlar Türkiyəyə gedib. Üç gün öncə öyrəndiblər ki, Fərhad Salyana gedib.

Xoşqədəm xanım çəkiliş qrupu ilə Salyana yollanıb və onlarla yarım saatlıq söhbət ediblər. Amma Fərhadla oğlu söhbəti yarımçıq qoyub qaçıblar.

Sonra Xoşqədəm xanım efirdə ana və qızların Türkiyəyə getməsi iddiasını səsləndirib. Efir bitən kimi Fəqan ona zəng edib. O, telefonda qışqıraraq “mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm” deyib.

Böyük bacı İradənin 32 yaşı olub. M.Əliyevanın qızlarının heç biri ali təhsil almayıb və ailə qurmayıblar. M.Əliyeva isə paytaxtda evlərdə təmizlik işləri görərək qızlarını saxlayıb…

Fikir verin, beyin yoxdu, amma “qeyrət” var.

Kişi fkirləşib ki, ailəsinin – “namusunun” – Türkiyəyə getməsi barədə gəzən söz-söhbət onun “qeyrəti”nə xələl gətirə bilər. Qeyrətli kişinin arvadının, qızlarının Türkiyədə nə işi?

Dərhal polisə qaçıb. Əməlini könüllü etiraf edib. Bildirib ki, mən qeyrətsiz-zad deyiləm ki, arvadım qızlarımı da götürüb Türkiyəyə qaçsın, onları mən öldürmüşəm. Öldürüb zirzəmidə üzü qibləyə basırmışam.

Fikir verin, qeyrəti bir yana, üstəlik imanı da varmış kişinin.

Bilirsiniz nə qədər bu düşüncədə insan var ölkədə?

Azadlıq anlayışı yaxşı maaş, dolu qarın olduğu kimi, qeyrət, namus anlayışı da iki ayaq arasında imiş!

Bu məməli növü beyindən əlil. Ayaqlarının arasıyla düşünür. Özləri də imanlıdı.

Qeyrətinizə tüpürüm.

Ömər Xəyyam
mustaqil.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.