TƏHSILİN İLK TARİXİ MƏKANI

9-12-2017, 19:41           
TƏHSILİN İLK TARİXİ MƏKANI
Rüfət Lətif oğlu Hüseynzadə,
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar Müəllim

Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk islam dünyasnın mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri hələ qədim zaman¬lar¬dan yazı və oxu mədəniyyətinə sahib olmuş, dövrün, ictimai hə¬yatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları in¬kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söylə-miş¬lər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babaları¬mızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir.
Zəngin şifahi xalq ədəbiyyatımız – “Kitabi Dədə Qorqud”, “Bil¬qamıs”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastan¬larmız, Oğuznamələr, Ustadnamələr xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğ¬lanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib ol¬ma¬sından xəbər verir. Tariximizin çox qədimliyini göstərən arxeo¬loji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsindən xə¬bər verir. Bütün bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mə¬dəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə mədəniyyətinə, müalicə üsullarına sahib ol¬duq¬larını təsdiq edir.
Ulu öndərimiz Heydər Əliyev demişdir: " Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər4 Azərbaycanın tarixi haqqında, ümumiyyətlə bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox a z iş görülübdür" (1,17).
Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Qayaüstü təsvirlərdə rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, maldarlıqdan xəbər verir. At, dəvə, ulaq, araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daşlar üzərin¬də düz xətlə çəkilmiş bir neçə xət və ya çox xət Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir, canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daşlara döymə üsulla böyük məharətlə işləmələri bir tərəfdən o dövrün rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən də şübhəsiz in¬san¬lara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir.
Qayalarda at və atın üstündə atlı, onun başında papaq, əynində kürk, ayağında çəkmə olan rəsmlər var. Bu rəsm o dövrün peşələrindən - papaqçılıq, çəkməçilik, kürk toxumaqdan xəbər verir. Böyüklər əldə etdiyi bilik, bacarıq və təcrübələri, qazan¬dıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmişlər. Qədim insanımız ilk dəfə olaraq vəhşi atı əhliləşdirmiş, sürət əldə etmiş, hündürə qalxaraq idarəçilik etmişdir. Mənbələrdə göstərilir ki, vəhşi atı ilk dəfə əhliləşdirən türklər olmuşdur. Bu o deməkdir ki, bura - Gəmiqaya məkanı türk yurdudur.
Buradakı iki təkərli, dörd təkərli araba rəsmləri diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuz¬na¬mə”lərdən məlum olur ki, arabanı kəşf edənlər Kanqlı tayfaları ol¬muş¬lar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxşı bir kişi vardı. Bu kişi bir araba çapdı... Arabalar gedəndə “Kanq, kanq” deyə səs çıxarırdılar. Onun üçün arabaya “Kanğa” adı qoydular. Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. Qoy yüklü arabaları əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy kanğanı yada salsın”(15, 28). Bu ad Naxçıvanda məskunlaşmış qədim Kəngərli tayfasının adıdır.
Tədqiqatlardan məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun¬muşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) İnsan rəsmləri; 2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səh¬nə¬lər; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər (4, 24).
Tədqiqatçı alim Əjdər Fərzəli öz dəyərli kitabında yazır:
“Gəmiqayalıların 32 hərfdən ibarət əlifbaları olmuş. Onların 9-u sait, 23 –ü isə samit olmuşdur. Hərflər həm də müstəqil şəkildə müəyyən bir sözü də ifadə edir. Bu əlaməti Orxon Yenisey əlifbasında da görmək olur (2, 328). ”Gəmiqayadakı təsvirlərin özü sübut edir ki, burada yüksək inkişaf etmiş mədəniyyət olmuşdur. Buradakı yazılar, işarələr, rəsmlər istedadlı rəssamlar və bilicilər tərəfindən çəkilmiş nadir sənət inciləridir. Bu rəsmlər qayaların köksündə bədii, həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunların hamısı sözlü işarələrdir və Tanrıçılıq - yaradılış inamını yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir... Gəmiqaya yüksək inkişaf mədəniyyətinin bir göstəricisidir” (6,50).
Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək¬miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi, işığı, tərəqqini ifadə edir.
Ümumiyyətlə günəş, işıq, ziya insanların cahillikdən uzaqlaşıb tərəqqiyə, inkişafa yönəlməsini göstərən bir simvoldur. Yeri gəlmişkən deyək ki, hələ qədim Hindistanda V əsrdə indus dininə mənsub olanlar cahilliyə, avamlığa qarşı mübarizə cəmiyyəti yaratmışdılar ki, bunun adına “Qurukul” deyilmişdir. “Qu” qədim hind dilində avamlıq, gerilik deməkdir. “Ru” və ya “Ra” - günəş, işıq, ziya deməkdir. “Kul” ailə, icma deməkdir. Beləliklə “Qurukul” cahilliyə qarşı işığın, ziyanın mübarizəsi deməkdir. Qədim Hindistanda Quruların (Quru - hind dilində müəllim, mənəvi ata deməkdir) evində və ya başqa yerlərdə pulsuz interant tipli məktəblər fəaliyyət göstərirdi ki, burada uşaqlar həm təhsil alır, həm də qalırdılar. Hindistanda indi də internat tipli xüsusi məktəblərə Qurukul deyilir. Bu gün də hind dilində müəllimə "Quru" deyilir. Təhsilimizə daxil olan “Kurikulum” sözünün mənası və mahiyyəti buradan meydana gəlmişdir (17).
Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Hübşmanın istinad etdiyi Nuh tufanı hadisəsinə görə “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh) və türk dillərində isim düzəldən şəkilçi olan “-çı” şəkilçisi, sonra da türk dilində yer, məkan bildirən “van” toponimindən meydana gələrək, “Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, “Nuhun diyarı” deməkdir. Naxçıvanda tədqiqatlar aparmış böyük rus alimi Nikitin K.A. yazır ki, Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoymuşdur (12, 111).
Akademik İsa Həbibbəyli uzun illik apardığı təhlil və tədqiqləri nəticəsində bildirir ki, Nuh tarixi şəxsiyyət olmuşdur. Gəmiqaya ətəklərindəki Qaranquş yaylağı – Nuh peyğəmbərin suyun çəkilib – çəkilmədiyini öyrənmək üçün əfsanəvi gəmidən buraxdığı və caynağında palçıq, yaxud dəfnə yarpağı geri dönən Qaranquşun adını əbədiləşdirən toponimdir (6, 18).
Naxçıvan Azərbaycanın və Şərqin, hətta deyə bilərik ki, dünyanın ən qədim şəhərlərindən və ən qədim insan məskənidir. Şəhərin tarixi minilliklərin dərinliklərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
Gəmiqaya Kiçik Qafqazda ən hündür dağdır ki, hündürlüyü 3906 metrdir. Zirvəsi “Qapıcıq” adlanır. “Qapıcıq bəşəriyyətin yeni həyatına “açılan kiçik qapı”, “giriş yeri” mənasını daşıyır” (6,18).
Yerli sakinlər arasında dolaşan əfsanəyə görə, Nuh peyğəmbər daşqın çəkildikdən sonra burada ailəsi ilə, Ham, Sam, Yafəs adlı oğlanları ilə ömrünün sonuna qədər yaşamış və bu torpaqda da vəfat etmişdir.
Naxçıvanda yaşamış uzunömürlü ağsaqqallar, o cümlədən 106 il ömür sürmüş, “İstiqlal” ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə Nuh peyğəmbərin dəfn edildiyi yeri bilirmiş və o yerin müəyyənləşdirilməsi beynəlxalq komissiyasında iştirak edərək o qəbrin yerini dəqiq göstərmişdir. Qəbir yerin üstündə 1.5 metr hündürlükdə qırımızı daşlardan hörülmüş dairəvi şəkillidir. Son dövrlərdə AMEA və onun Naxçıvan şöbəsinin birlikdə təşkil etdiyi ekspedisiyada iştirak etmiş folklorşünas alim, dosent Əkrəm Rüfət oğlu Hüseynzadə bildirir ki, Gəmiqayada xeyli qəbirlər var ki, onlar yerin üstündə dairəvi şəklindədir.
Realist məşhur rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" ni 1919-1920-ci illərdə 3 dəfə çəkmişdir (3, 18-19). Bu gün Nuhun qəbri Naxçıvanda Nuhdaban deyilən yerdədir və üzərində böyük türbə ucaldılmışdır.
Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb- gətirən, onların təlim tərbiyəsi ilə məşğul olan adamlara “Peydaqoqos” deyilirdi. Qədim yunan dilində “Paydas” - “uşaq” , “gogos” - “yola salan” deməkdir ki, “pedaqogika”, “pedaqoq” sözləri də buradan meydana gəlmişdir. Oradakı xüsusi təlim tərbiyə müəssisəsinin adına “Şkola” deyilirdi ki, bunun da mənası kitablarda yazıldığı kimi qədim yunan dilində “Asudə vaxt keçirilən yer” deməkdir.
Pedaqogika elminin banisi, XVII əsrin görkəmli pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü – yəni “Şkola” sözünü Şumerlərdən götürmüşlər. Daha sonra o “Böyük didaktika” əsərində qeyd edir ki, tarixdə ilk məktəbi Nuhun oğlu yaratmışdır. Adını Skala adlandırmışdır (7, Глава 8, параграф 3. стр.23). Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə yaşamış yəhudi əsilli yunan filosofu İosif Flavidən götürmüş və ona əsaslanaraq bunu yazmışdır.
“Skala” ilkin mənasında “pillə”, “mərhələ” mənasını vermişdir. Rus dilində “Şkala”- “dərəcə”, “mərhələ” deməkdir. Nuhun dövründə də pilləli, mərhələli məktəb yaradılmışdır. İngilis dilində məktəb mənasını verən “Skul”, fransız dilində “Lekol”, alman dilində “Şule”, türk dilində “Okul”, rus və belarus dillərində “Şkola” kəlmələri “Skala” sözündən əmələ gəlmişdir.
Həmçinin başqa dildən götürülmüş rus dilində işlənən “Skala” sözü qaya mənasında işlənməkdədir. Nuhun Gəmisi dağa deyil, məhz qayaya - Gəmiqayaya yön almış, orada dayanmışdır. Bəs bu ad – “Skala”, Şkola” Şumerlərə necə gedib çıxmışdır ki, yunanlar da bunu oradan götürmüşlər.
Tarix kitablarında göstərilir ki, Şumerlərlə Arattalıların həmişə sıx əlaqələri, xüsusilə, müntəzəm olaraq sıx ticarət əlaqələri olmuşdur. Naxçıvan da Aratta, sonralar Manna dövlətinin tərkibində olmuşdur. Naxçıvan duzu at arabaları ilə Şumerlərə daşınmış və oradan əvəzində lacivərd (Ləl-cəvahirat) alıb gətirmişlər. “Şumerlər duza yüksək dəyər vermiş və duza səcdə etmişlər” (7, 125). O zaman məşhur “Duz yolu” mövcud olmuş, Naxçıvan duzu nəinki Şumerlərə bütün Şərqə, Osmanlı dövlətinə daşınmışdır. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir etmişdir.
Fransız alimi Katerina Marro yazır: “Naxçıvandakı Duzdağının duzu m.ö. 4 mininci illərdə belə geniş şəkildə işlənmışdir” (11, 25). Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu müxtəlif ticarət yolları vasitəsilə ayrı-ayrı şəhərlərə daşınmışdır. “Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilir” (10).
Naxçıvan şəhərinin bir neçə kilometrliyində yerləşən Duzdağa uzaqdan baxdıqda lay-lay rəngli torpaq qatlarını görmək olur. Duzdağın dünyanın ilkin insan məskəninin Naxçıvanda var olması bu torpağın müqəddəsliyinə və qədimliyinə dəlalət edən faktlardan biridir. Tarixən duzu müqəddəs bilən ata-babalarımız, bəlkə də, elə bu torpağın müqəddəsliyini elə Duzdağla, duzla əlaqələndirib bizlərə çatdırmışlar.
“Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamını çox yüksək qiymətləndiririk. Bu mühüm dövlət sənədində deyilir: "Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb etmiş, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir.
Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir.
Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılmış, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunmuşdur. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapmış, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanmış, kitablar nəşr olunmuşdur" (14).
Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.
Arxeoloji tədqiqatlar zamanı ərazidən tapılmış müxtəlif daş alətlər, məmulatlar belə bir fikir söyləməyə əsas verir ki, bəşər tarixində duzdan qida elementi kimi ilk dəfə Naxçıvanda istifadə olunmuşdur. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, Duzdağ Naxçıvanın qədim tarixi və mədəni potensialını özündə cəmləşdirən əvəzsiz məkandır. Məsələnin digər maraqlı tərəfi bundan ibarətdir ki, son illərdə muxtar respublikaya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi ünvanlardan biri Duzdağdır.
Qeyd etdiyimiz kimi Naxçıvan duzu hələ qədim zamanlardan Şərq ölkələrinə - o cümlədən Şumerlərə ticarət məqsədilə aparılmışdır. Bu ticarət mübadiləsində şübhəsiz ki, burada olan mədəniyyətin Şumerlərə, Şumerlərin də mədəniyyəti bu tərəflərə yayılması təbii hal olacaq idi.
Tədqiqatçı Şümeroloqlar – amerikalı Kramer, türkiyəli İlmiyyə Müəzzəz apardıqları tədqiqatlara əsasən bildirirlər ki, Şumerlər özlərinə Kəngər deyirdilər. Kəngər tayfaları isə Naxçıvandadır. Bu tayfa öz cəngavərlikləri ilə, şücaətləri ilə tarixdə məşhurdurlar. Generel Naxçıvanskilər, Naxçıvan xanları Kəngərli tayfalarıdır. Görkəmli Qazax alimi, şairi, türkoloq Oljas Süleymenov “Az-ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki, onun bilavasitə xalqımızın yazı mədəniyyəti ilə bağlılığı vardır: “Era¬¬mızdan əvvəl III əsr Çin salnaməçisi göstərir ki, Kanqyu (“Kanq¬lı”) xalqı ənənəvi Çin yazısından fərqli olaraq eninə - hori¬zon¬tal xətlə yazılar yazırmış” (16, 134). Kanqlı tayfası bu gün Azərbaycanda yaşayan Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I əsrdə və bizim eranın I əsrində, Flavi, Strabon və Plini yazmışdır. Eramızın ilk əsrlərində Çin, Bizans, Alban, ərəb tarixçiləri öz əsərlərində Kən¬gərlilər haqqında maraqlı məlumatlar vermişlər. Kəngərlilər “Kitabi-Dədə-Qorqud”da “Qanlı”, “Kanqlı” adı altında xatırlanır.“Qanlı qoca oğlu Qanturalı boyu”nda (9,183) “Qanlı”- “Kanqlı” kəlməsindəndir. Dədə Qorqudda deyilir: ”Bu qədim soyköklərdən biri olan kəngərlilərin qədim adıdıdr (9, 261).
Gəmiqaya ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətləri də demək olar ki, eyniyyət təşkil edir. Bütün bunlar onları deməyə əsas verir ki, Naxçıvan qədim insan məskəni, zəngin mədəniyyət, böyük elm, təhsil mərkəzi olmuş, burada sistemli təlim, yazı və oxu mədəniyyəti olmuşdur.
Açar sözlər: Naxçıvan, Gəmiqaya, Nuh peyğəmbər, təhsil, məktəb.
Ключевые слова: Нахчыван, Гямигая, пророк Ной, образования, школа.
Summary: Nakhchivan, Gamigaya, Noah, Education, skala.


Ədəbiyyat
1. Heydər Əliyev. Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə nitq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi.Bakı: Nurlan, 2005.
2. Аждар Фарзали. Ноев Ковчег и Гямигая –Гобустанский алфавит. Баку, 2014
3. Бехруз Бек Кенгерли. Каталог. Баку: 1947.
4. Əliyev V.Q. Gəmiqaya abidələri. Bakı: Azərbaycan Dövlət nəşriyyatı. 1992.
5. Flavius Josephus, William Whiston, Paul L. Maier - The new complete works of Josephus, Revised and expanded edition, Kregel Academic, 1999, 56).
6. Həbibbəyli İ. Ə. Nuhdaban oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.
7. İsayev E. Naxçıvan şəhər mədəniyyətinin formalaşmasıvə inkişafında ticarət və sənətkarlığın rolu. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.

8. Коменский Я.А. Великая дидактика. Москва: Просвещения, 1999.
9. Kitabi Dədə Qorqud. Bakı:Yazıçı, 1988.
10. Kirzioğlu Fahrettin. Osmanlıların Kafkas Ellerini Fethi (1451-1490). T.T.K.Basımevi, Ahkara 1993, s.100-120.
11. Marro K. Duzdağında duz mədənçiliyinin başlanğıcı haqqında”. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.
12. Nikitin K.A. Naxçıvan şəhəri və Naxçıvan mahalı. “Qafqaz ərazilərinin və tayfalarının təsviri üçün materaillar” məcmuaəsi. Tiflis, 1882.II buraxılış.
13. Mahmudov Y. Naxçıvan: Dünya sivilizasiyanın ən qədim mərkəzlərindən biri. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.
14. “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı/ Şərq qapısı, 12 sentyabr, 2017-ci il.
15. Oğuznamələr. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993.
16. Süleymenov O. Az-Ya.Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1993.
17. u.wikipedia.org/wiki/Гурукула







РЕЗЮМЕ
Проф. Др.Р.Л.Гусейнзаде
ПЕРВИЧНОЕ МЕСТО ИСТОРИЯ ОБРАЗОВАНИЯ - НАХЧИВАН

Богатое культурное традиция Нахчыване дает основание что с древних времен здесь были писменность, школа и системное образования. Нахчыван является одним из старейших населенных пунктов мира. Древние памятники, много исторические места, Гроб пророк Ноя и др. показывает, что Нахчыван является одним из культурных центров мира.
Наскальные рисунки Гямигая в Нахчыване увековечив следы очень богатой и очень древней культуры, дошли до наших дней. Гямигая и сегодня образец высокой культуры мира. Гямигая является самым древним прописным алфавитом мира. Гямигая и Орхон –Енисейский алфавиты связанные друг с другом, а также созданные самостоятельно. Построении шумерско-тюркского алфавита с Гямигая одиноково. Это значит культура Гямигая и Шумерская культура тесно связано друг с другом и влияя друг друга развито вместе.
По надежных источниках (труды Иосиф Флавий, Клавдии Птоломей, Ян Амос Коменский и др ) говорится что сын Ноя Сем открыл школа в Гямигая- Нахчыване после исторического Потопа Ноя.
SUMMARY
Prof.Dr. RL.HUSEYNZADEH
PRIMARY PLACE HISTORY OF EDUCATION - NAKHCHIVAN

he rich cultural tradition of Nakhchivan gives grounds that since ancient times here have been written, school and systemic education. Nakhchivan is one of the oldest settlements in the world. Ancient monuments, many historical sites, the Coffin of the Prophet Noah and others show that Nakhchivan is one of the cultural centers of the world.
Rock carvings Gyamigaya in Nakhchivan perpetuating the traces of a very rich and very ancient culture, have survived to this day. Gamigaya is still an example of a high culture of peace. Gamigaya is the most ancient capital alphabet in the world. Gamigaya and Orhon-Yenisei alphabets are related to each other, and also created independently. The construction of the Sumerian-Türkic alphabet with Gamigaya is lonely. This means the culture of Gamigaya and Sumerian culture are closely related to each other and influencing each other developed together.
According to reliable sources (the works of Josephus Flavius, Claudius Ptolemy, Jan Amos of Comenius and others) it is said that the son of Noah Sem opened a school in Gyamigaya-Nakhchivan after the historical Flood of Noah.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.