ARABANI ATLARIN ÖNÜNƏ QOYMAYAQ MÖVQE

19-09-2024, 00:02           
ARABANI ATLARIN ÖNÜNƏ QOYMAYAQ  MÖVQE
Ümumtürk sosial-iqtisadi, mədəni və hərbi-siyasi məkanın yaradılmasından başlamaq lazımdır
Rauf Mirqədirov
Ortaq türk əlifbasının ətrafında çox böyük hay-jüy qopub. Özü də məncə yersiz və lazımsız. Əvvəla, dilçiliklə bağlı minimal bilik bazasına malik insanlar bilirlər ki, türk dillərinin fonetik sistemi və lüğət tərkibinin formalaşnasına təsir edən etnotarixi və etnocoğrafi amillər tam müxtəlifdir. Bu amil yaxın gələcəkdə ümumi əlifbanın praktik müstəvidə tədbiqini qeyri-mümkün və lazımsız edir.
İkincisi, təəssüflər olsun ki, ərəblərdən fərqli olaraq, türk etnoslarının vahid ədəbi dili yoxdur. Ərəblərdə ədəbi dil tarixi olaraq Quran dili əsasında formalaşıb.
Ümumtürk ədəbi dilinin əsasında nə duracaq?!!! Bu suala cavab vermədən hər hansı bir əlifba lahiyəsinin irəli sürülməsinin heç bir tədbiqi əhəmiyyəti yoxdur. Bu yalnız müxtəlif türk dillərindəki hərf və səslərin mexaniki olaraq toplanılmasının bu və digər variantından başqa heç nə olmayacaq.
Bununla belə, mən heç də nə türk xalqlarının vahid ədəbi dilinin, nə də vahid əlifbasının təşəkkülünün əleyhinə deyiləm. Əksinə. Mənə elə gəlir ki, başqa yolla getməliyik. Əslində mən Amerikanı yenidən kəşfini təklif etmirəm. Hər hansı bir istəyin gerçəkləşməsi üçün o tələbata çevrilməlidir. Başqa sözlə desək, vahid türk dili və vahid türk əlifbası bir qrup intellektualın təklifi və istəyi deyil, sosial-iqtisadi, siyasi, mədəni əlaqələrdən doğan tələbat və sifariş olmalıdır. Hal-hazırda isə biz, necə deyərlər, arabanı atların qarşısına qoymağa çalışırıq. Belə olmur. Məncə, əvvəlcə vahid sosial-iqtisadi, hərbi-siyasi və mədəni məkan yaradılmalıdır. Yəni, həyatımızın bütün sahələrini əhatə edən bir "ümumi bazar" təşəkkül tapmalıdır. Belə bir bazar ümumtürk ədəbi dilinin formalaşmasında, daha dəqiq desək, onun bazasının müəyyənləşdirilməsində, məncə, həlledici rol oynayacaqdır.
İntellektuallar bu prosesdə, sözsüz ki, fəal iştirak edə bilərlər və etməlidirlər. Bu prosesi sürətləndirməyə çalışmalıdırlar. Nəticə etibarı ilə, tələbata məzmun və forma verən də intellektualkar olur. Amma ümumi dilin konturlarının təşəkkülü, başlanması "aşağıdan" zəruri olan təbii prosesdir.
"Aşağıdan" deyəndə məni düzgün başa düşməyə bilərlər. İlk növbədə söhbət, yuxarıda dediyim kimi, sosial-iqtisadi, mədəni və hırbi-siyasi inteqrasiyanın sürətləndirilməsindən gedir. Sözsüz ki, bu istiqamətdə qərarlar siyasətçilər tərəfindən verilmədir. Sözdə yox, gerçəkdə bu inteqrasiyaya start verilməlidir. Bahid bir məkanda yaşayan insanlar bir-birini anlamağa məhkumdurlar. Bir-birini anlamaq üçün ortaq ünsiyyət dili tapacaqlar. Bu qaçılmaz olan təbii bir prosesdir.
Vahid əlifba isə bu prosesin son mərhələsidir. Bütün qalan hallarda təklif olnunan variantların nəzəri araşdırmadan başqa heç bir digər əhəmiyyəti olmayacaqdır. Məntiqi ardıcıllıq, nəncə, aşağıdakı kimi olmalıdır: ümumi sosial-iqtisadi, hərbi-siyasi və mədəni məkanın yaradılması - bu məkanda bütün istuqamətlər üzrə mübadilənin tərkib hissəsi kimi ümumtürk ünsüyyət dilinin və onun lüğət tərkibinin təşəkkülü - və nəhayət derçək mövcud olan ümumtürk dilinin əlifbasının yaradılması. Olmayan bir dilin əlifbasının təklif edilməsi bir qədər məntiqə ziddir.
Yenə də deyirəm ki, məncə intellektuallar bu prosesin bütün mərhələlərində fəal iştirak edib onu sürətləndirməyə çalışmalıdırlar. İndiki mərhələdə, məncə, əsas vəzifə yuxarıda qeyd etdiyim ümumtürk mıkanının yaradılmasının ən optipal konsepsiyalarının işlənib hazırlanmasıdır və gerçəkləşdirmək üçün həm toplumun, həm də siyasi elitaların dəstəyini üazanmalıdır. Bu o qədər də asan məsələ deyil.
Özü də bu elə bir konsepsiya olmalıdır kı, qlobal güc mərkəzlərin heç olmasa biri onun gerçəkləşdirilməsində maraqlı olsun. Yaddan çıxarmamalıyıq ki, qonşularımız belə bir ümuntürk məkanınln yaranmasında maraqlı deyillər. Təəssüflər olsun ki, siyasi elitaları demirəm, hətta intellektuallarımız arasında bu məsələyə ümumi bsxış yoxdur. Onlar bir çox hallarda bir-birinə diatmetral zidd istiqamətlərdə yola çıxmağı təklif edirlər. Lap "Anamın kitabı"nda olduğu kimi...
"Halva, halva" deməklə ağız şirin olmaz. Tələbat olmayan malı insanlar satmaq mümkün deyil. Bu qanunuyğunluğun dil məsələsinə tədbiqi eyni dərəcədə i qaçılmazdır. Nə qədər ki, ümumtürk dilini tələbata çevirməmişik, adalarımız coğrafi məkandan və bir sıra degər amillərdən asılı olaraq, rus, ingilis, çin dillərində danışmağa üstünlük verəcəklər...
Рауф Миркадыров
18 sentyabr 2024-cü il
Sürix
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.