Növbəti dezo ya həqiqət: Afrikada belə bəyənilib işlədilməyən "peycer* Livanda niyə kütləvi işlədilsin?- Ekspert rəyi

18-09-2024, 18:18           
Növbəti dezo ya həqiqət: Afrikada belə bəyənilib işlədilməyən "peycer* Livanda niyə kütləvi işlədilsin?- Ekspert rəyi
Bir praktik ekspert-kriminalist mütəxəssis olaraq məndə, real hadisələri bəzi ixtisaslı araşdırma imkansızların olaylara konspirativ bəzək-düzmək verməklə, ("gopologiya" ilə) cəmiyyəti süni şübhə, həyəcana gətirməklə özlərini "bilgili" göstərmələri təəssüf yaradır.
Xəbərlər çıxıb ki, Livanda insanların əllndə "peycer" partlayır, xəsarət alanlar var. Bizim bəzi qoçaqlar da, tezcə ortaya düşüb, bunu camaata giberterror kimi, ya da əvvəlcədən guya, "peycerlərin" içinə partlayıcı qoyulması kimi sırımağa başlayıblar. Bunu da, konkret ölkələrin məqsədli işi kimi yozma falçılığı ilə.
Əvvəla, müasir 2024-cü ildə 90-cı ilin, heç Afrikada belə bəyənilib işlədilməyən "peycer* Livanda niyə kütləvi işlədilsin? İkincisi də, bu giber terrorun peycerə nə aidiyyəti? Belə bir, elektron internet, dalğa istifadəli cihazlardan partlayış mümkün olsaydı, çoxdan kampüter, mobil telefon və s-də belə terroru edərdilər. Sonra da, peycerlərin içinə partlayıcı maddə qoymaq uydurması. Bunu Livanın əhalisinə qarşı edən yaramaz, elə Livana bir ballistik raket atıb yüzlərlə "peycerin" partlayışından qat-qat çox insan məhv edər də. Və "Peycer" istehsal edən şirkət buna heç imkan verərmi, sonra rəhbərliyi həbs edib şirkəti qapatsınlar?
Fikrimcə bu, nə cihazdırsa, texniki problemli ola bilir, daxildə qısa qapanma kimi xarakterli. Bəzi telefonlarda da olub, bu cür partlayışlar. Vicdanlı, obyektiv, insaflı yanaşmaq lazımdır!
Ilqar Altay
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.