“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü

19-09-2024, 00:04           
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
Bir müddət əvvəl yanacaq doldurma məntəqələrini bağlayan şirkətlər qrupu nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, söhbət “MSDIS Holding” MMC-dən gedir.

Belə ki, şirkət nizamnamə kapitalını 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan 500 manata azaldıb. Beləliklə, şirkətdən 2 571 500 manat geri götürülüb.

Qeyd edək ki, avqust ayında MMC nizamnamə kapitalının hər səhmin nominal dəyərinin azaldılması yolu ilə azaldılacağı barədə elan etmişdi.

Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, “MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir.

Bir müddət əvvəl “MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb. Həmin məkanlarda “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru