Avropanı sel aparır - 20 nəfər həlak oldu

18-09-2024, 16:07           
Avropanı sel aparır - 20 nəfər həlak oldu
"Anadolu Agentliyi" xəbər verir ki, Avropa ölkələrində - Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağışlardan sonra meydana gələn sellər nəticəsində həlak olanların sayı artıq 20 nəfər olub.
Rumıniyada 7, Avstriyada 5, Çexiyada 3, Poşada 5 nəfər sel sularının qurbanı olub.
Yaşayış məntəqələri su altında qalıb.
Macarıstan və Polşada sel sularının qarşısını almaq üçün hərbi qüvvələr səfərbər edilib.
Poşanın cənubunda təbii fəlakət vəziyyəti elan edilib.
Güclü yağışların İtaliyanı, Serbiyanı, Xorvatiya və Sloveniyanı da təsiri altına alacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru