"Azərbaycan" nəşriyyatı sökülür?
18-09-2024, 19:15
İlin sonuna qədər layihələndirmə işləri həyata keçirirləcək. Gundeminfo.az-ın əldə etdiyi məlumata əsasən Azərbaycanda nəşriyyatı Prezidentin İşlər İdarəsinin tabeliyində olan MMC kimi mövcud olacaq. Lakin daha kiçik bir binaya köçürüləcək. Hazırda ziyanla işləyən bu MMC dövlət büdcəsindən alınan dotsiya hesabına mövcudluğunu qoruyur. Qəzet və jurnallların çapı üzrə sifarişlərin aşağı düşməsi, eyni zamanda binadakı reddaksiyaar üzrə icarə haqları da heç binanın saxlanılmasına kifayət etmir.
Gundeminfo.az-a daxil olan məlumata əsasən hazırda Yasamal rayonu Mətbuat Prospektində yerləşən Azərbaycanda nəşriyyatının binasında kommunal xətləriin köhnə olması, yararsız vəziyyətə düşməsi səbəbindən binada min kilovatsaatlarla elektrik enerjisi itkisi var.
Enerji itkisi də Azərbaycanda nəşriyyatı MMC-nin elektrik enerjisi borclarının artmasına səbəb olub.
Bundan başqa binanın istismarı zamanı "Azərsu"ya da külli miqdarda borc yaranıb. MMC rəhbərliyi işçilərin bir qismini ixtisar etməyə, xərclərin diferrensiallaşdırılmasına getməyə hazırlaşır. İlkin mərhələdə mətbəədə çalışan texniki işçilərin sayının azaldılması nəzərdə tutulur. Növbəti mərrhələdə isə müvafiq olaraq Aparatın tərkibində də dəyişiklik edilə bilər.
Məlumata görə ilin sonuna qədər MMC müvafiqq tapşırıqlar üzrə təhvil-təslim prossesini yekunlaşdıracaq.
Bundan sonra isə binanın sökülməsi üzrə qiymətləndirici komissiyanın yaradılması nəzərdə tululub. Qeyri-rəsmi məlumatlara əsasən Azərbaycanda nəşriyyatınən binasının sökülməsi üzrə müvafiq komissiya İqtisadiyyat Nazirliyi yanında yaradılıb.
Söküntü işlərinin həyata keçirilməsii üçün MMC-nin ləğv edilib edil məyəcəyi barədə isə xəbər yoxdur.
Lakin mənbəmiz iddia edir ki, Azərbaycan Nəşriyyatının binasının sökülməsi ilə bağlı qərar uzun müddətdir ki, verilsə də söküntü işlərinin həyata keçiriməsi üçün vəsait ayrılması baş tutumayıb. Böyük ehtimalla 2025-ci ilin yanvar ayında prossesə start veriləcək.