"Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi

18-09-2024, 19:05           
 "Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi
Keçmiş vəkil Ruhid Əkbərov Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etmə maddəsi ilə məhkəmə prosesi yekunlaşıb.
TEREF Lent.az-a istinadla bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov məhkəmə istintaqını yekunlaşdıraraq hökmü elan edib.
Ruhid Əkbərov məhkəmə zalından həbs edilərək 6 il 4 ay azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsxanada olarkən öz məhkum yoldaşından onun məhkəmə işini həll etmək üçün 53 min manat pul alib. Ancaq vədinə əməl etməyib.
Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.
Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb.
O, həbsdə olan sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru