Məşhur rəsmlər canlandı: İki alan uşaq utandı, əlində meyvə olan qız gülümsədi, ayı balaları oynadı

18-09-2024, 18:44           
Məşhur rəsmlər canlandı: İki alan uşaq utandı, əlində meyvə olan qız gülümsədi, ayı balaları oynadı
Rəqəmsal texnologiyalar və süni intellekt dövründə klassik incəsənətə sanki yeni nəfəs gəlib. Neyron şəbəkələrin işi sayəsində məşhur tablolar indi tamamilə yeni işıqda görünür.

Oxu.Az-ın verdiyi məlumata görə, rusiyalı mütəxəssislər texnologiyanın bu inkişafından yararlanaraq dərslik kitablarında olan əsərləri canlandırıblar. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Məsələn, Fyodor Reşetnikovun "Yenə iki" rəsmindəki oğlan ağlamağa başlayır, İlya Repinin yedəkçiləri Volqa sahili boyunca kəndir çəkir, Valentin Serovun əlində şaftalı olan qızı isə düşüncəli şəkildə tamaşaçıya baxır.

Bundan başqa Kuzma Petrov-Vodkinin "Qırmızı atın çimməsi", Viktor Vasnetsovun "Alyonuşka", İlya Repinin "İvan Qroznı və oğlu İvan 1581-ci ilin 16 noyabrı", İvan Şişkin və Konstantin Savitskinin "Şam meşəsində səhər" və sairə rəsmləri rəqəmsal dövrdə yeni həyat qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru