Rusiya TŞ katibi Putinin mesajını İran prezidentinə çatdırıb - KİV

Dünən, 15:54           
Rusiya TŞ katibi Putinin mesajını İran prezidentinə çatdırıb - KİV
RF Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə avqustun 5-də İranda olub.
Çərşənbə axşamı İranın paytaxtına gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İslam Respublikasının prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinin mesajını verib. Bu barərdə RİA Novosti İranın dövlət telekanalı IRIB-ə istinadən xəbər yayıb.
“İran İslam Respublikasının prezidenti ilə görüşdə cənab Şoyqu ona Rusiya prezidenti Vladimir Putinin mesajını çatdırıb və əldə olunmuş razılaşmalar barədə hesabatı cənab Pezeşkiana təqdim edib”, - deyə kanalın Telegram kanalında yerləşdirilmiş məlumatda deyilir.

Şoyqu İran paytaxtında prezidentlə görüşdən əlavə, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla da danışıqlar aparıb.
Bir gün əvvəl Suriya Ərəb Respublikasının prezident sarayının mətbuat xidməti Sergey Şoyqu ilə Suriya prezidenti Bəşər Əsədin Dəməşqdə görüşü barədə məlumat yayıb.
Ofisin bəyanatında deyilir ki, tərəflər “beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələləri, habelə Rusiya ilə Suriya arasında ikitərəfli münasibətləri” müzakirə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.