"Titan"dan son mesaj və milyarderləri batıran batiskafın şok görüntüsü

18-09-2024, 16:18           
"Titan"dan son mesaj və milyarderləri batıran batiskafın şok görüntüsü
ABŞ-də keçirilən dinləmələrdə ilk dəfə olaraq 2023-cü ilin iyununda faciəvi şəkildə batan "Titan" batiskafının qalıqları nümayiş etdirilib.

CNN-in verdiyi məlumata görə, görüntü "Pelagic Research Services" tədqiqat şirkəti tərəfindən təqdim edilib.

Kadrda aparatın əzilmiş arxa hissəsinin Şimali Atlantikanın dibində, əfsanəvi "Titanik"in qəzaya uğradığı yerdən bir neçə yüz metr məsafədə yerləşdiyi görünür.

Ekspertlər fəlakətin səbəbinin təxminən 4 kilometr dərinlikdə əks partlayışa bənzər prosesin (suyun nəhəng təzyiqi səbəbindən) baş verməsini göstərirlər.

"Titan"dan alınan son mesaj belə olub: "İki çəki atdım".

Bu, ekipajın səthə qalxmaq üçün ümidsiz cəhdini göstərir, lakin bir neçə saniyə sonra aparat ilə əlaqə həmişəlik kəsilib.

Qeyd edək ki, əfsanəvi "Titanik" gəmisinə dalış cəhdi zamanı faciə batiskafın göyərtəsində olan beş nəfərin - "OceanGate" şirkətinin direktoru Stokton Raş, təcrübəli pilot Pol-Henri Narjole, britaniyalı milyarder Hemiş Harding və Pakistan-Britaniya iş adamı Şahzadə Davud və 19 yaşlı oğlu Süleymanın həyatına son qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru