Mayli Sayrusun məşhur hiti plagiatdır?

18-09-2024, 17:24           
Mayli Sayrusun məşhur hiti plagiatdır?
Amerikalı ifaçı Mayli Sayrus müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verilib.

Oxu.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

İddiaçıların fikrincə, Sayrusun "Flowers" mahnısında Bruno Marsın 2013-cü ildəki "When I Was Your Man" mahnısından fraqmentlər var.

İddianı "Tempo Music Investments" şirkəti qaldırıb. Lakin Bruno Mars iddiaçı kimi göstərilmir. Şirkət dəqiqləşdirilməmiş ziyanın ödənilməsini, mahnının yayılması və ya açıq şəkildə ifa edilməsinə qarşı qadağa tələb edir.

Qeyd edək ki, "Flowers" sayəsində Sayrus ən yaxşı pop solo performansı üçün karyerasında ilk "Qremmi" mükafatını qazanıb. Mahnı səkkiz həftə ABŞ hit-paradlarında birinci olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.