Universitetlər XXI əsrin çağrışlarına cavab verməyə hazırlaşırmı? - təhlil

15-12-2017, 12:03           

“Bizim universitetlər XXI əsrin dəyişən mühitinə və çağrışına cavab verməyə hazırlaşırmı?”

Bu sual “Kamilləşən Düşüncə” (2013) kitabımın 102 səhifəsində qoyulmuşdu. Şükürlər olsun ki, beş ildən sonra bu suala müsbət cavab var. Son həftə ölkəmizdə XXI əsrin universitetləri ilə bağlı bir sıra tədbirlər keçrildı. Birinci tədbir UNEC-də (28.11.17), iİkincisi isə ADA universitetində (4.12.17) keçrildi. Əsasən, gələcək universitetlərin forma və məzmunu ilə bağlı suala cavab axtarılırdı.

Müzakirəyə çıxarılan məsələnin aktuallığı şübhə doğurmur. Çünki 50 il öncə gənclər biliyi yalnız universitetlərdə alırdılar. İndi gənclər biliyi bir çox kanallardan – internet resurslarından, o cümlədən YouTube kanalından və mobil telefonlardan,TV kanallarıdan alırlar. Səyahətlər, gəzintilər, konfranslar, diskusiyalar informasiya bolluğu yaradır və universitetlər öz monopolluğun get-gedə itirir. Elə bu səbəbdən dünya biznes mühitində öz sözünü demiş nəhəng insanların bəziləri (misal üçün Stiv Cobs) universitet təhsilli deyillər.

“XXI əsrin universitetləri necə olmalıdır?” – sualı bizim üçün də günün vacib suallarındandır. Nəzərə almalıyıq ki, biz artıq texnoloji sinqulyarlıq zamanda yaşayırıq. Texnoloji partlayışlar hər an vəziyyəti köklü dəyişir. Kifayətdir ki, yada salaq ki, rəqəmli fotoqrafiyadan qabaq “Kodak” ,“Aqfa” kimi lentli fotosənaye firmaları dünyanın hər yerində, o cümlədən də Bakıda tətbiq edilirdi. İndi onların reklamı şəhərdə gözə dəymir, çünki rəqəmsal fotoya uduzublar. “Bell Telefon Company” kimi sənaye nəhəngi, bir səhv addım nəticəsində İphona uduzdu. Gələcəyin avtomobilləri dörd təkər üzərində kompüter kimi görünür. Deputat Q.Həsənquliyevin elektromobillə bağlı təklifində həqiqət var.

Həm birinci, həm də ikinci tədbirdə UNEC rektoru professor Ədalət Muradovun çıxışının qayəsi gələcək (sənaye) universitetinin modelini yaratmaq idi. Dövlətdən və ya cəmiyyətdən pul alıb, kadr (mütəxəsis) hazırlamaqdan fərqli olaraq, gələcək universitetlər sahibkarlıq universitetləri olaraq qat – qat artıq qazanc əldə edəcəkdir.

Birinci tədbirin açılışında qeyd edildi ki, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı təhsil proqlamlarını sürətlə köhnəldir və nəticədə tələb və təklif arasında ziddiyyətlər yaranır. Tədqiqatlar göstərir ki, hər 7 ildən bir təhsil proqramlarının çox hissəsi yenilənməlidir. Birnci konfrans “Tələb işəgötürənlərdən – təklif UNEC-dən” devizi sənaye unversitetinə gedən yolun sanki yol göstəricisidir.

Birinci konfransın sonunda prof. Ə.Müradov UNEC 2B Platformasını təqdim etdi. Bu platforma da əvvəlki ictimai iştirakçılıq, əmək haqqının fərdi hesablanması, TED –mühazirələri, Sciense Slam – kimi gələcəyə ünvanlanmış layihədir. XXI əsr universiteləri həm məzmun, həm də forma baxımdan bu günün universitetlərindən xeyli fərqlənərək sahibkarlıq unversitet modelini formalaşdırır. UNEC 2B Platforması gələcəyə doğru atılan bir sıçrayış kimi ölkəmizdə iş dünyasıilə birlikdə yeni strateji əməkdaşlığa start verdi. Yeni universitet modelinin yaradılması, tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək. Yeni qurum – UNEC Neyrolinqvistik Test Laboratoriyası – yaratmaqla işin UNEC məzununa və UNEC məzununun işə uyğunluğunu müəyyən ediləcək. İşəgötürənlərə dəstək niyyəti ilə yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinqini həyata keçirəcək Digital Marketinq xidməti və job.unec.edu.az yaratmaqla virtual əmək birjası fəaliyyət göstərəcəkdir.

“UNEC2B” Platformasında universitet ilə iş dünyası arasında əməkdaşlıq çox cəhətli nəzərdə tutulur. Belə ki, işəgötürənin tələbi əsasında UNEC3 il ərzində ödənişsiz “servis xidməti” təşkil edilir; tələbələrinin zəif cəhətlərini aradan qaldırmaq niyyəti ilə işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır və b.k.

ADA-da təşkil olunmuş dəyirmi masada (4.12.17 ) ekspert qismində prof.Ə.Muradov və ADA-nın prorektoru F.İsmayılzadə və əməkdaşı A. Adamov iştirak etdilər. Dəyirmi masada Milli Məclisin deputatları, təhsil sahəsində tanınmış alimlər və ekspertlər də iştirak edirdilər.

Dəyirmi masadakı çıxışında prof. Ə. Muradov birmənalı bəyan etdi ki, keçən əsrlərdə olduğu kimi, “gələcəkdə də universitetlər gənc nəsillərə bilik oyrətməlidir, ancaq onu informasiyadan fərqləndirmək lazımdir”.

Mən də bu düşüncənin tərəfdarıyam. Ancaq burada biliyə dəqiq tərif verməyə ehtiyac da var. UNESKO-nun tərifinə görə,“bilik hiss üzvlərimiz və təcrübə vasitəsi ilə əldə etdiyimiz bütün məlum olanlardır”. Müsəlman dünyasının qəbul etdiyi islami tərifə görə isə: “Bilik hissin, təcrübənin və vəhyin subut etdiyi bütün məlum olanlardır”. Biliyə verilən bu təriflərdəki fərqin ağır nəticələrini İslam dünyasına yaxşı bəllidir.

Bu günkü universitetlərdə təmiz elmlər (pure sciences) tükənməyə başladığından, həm fənlərarası, həm də sahələrarası elmlərin universitetlərdə tədrisinə böyük ehtiyac olacaq. İndikindən fərqli olaraq universitet müəllimləri iki (və daha çox) elm sahəsini mükəmməl bilməli olacaq. Dekanlıqlar təmiz elmlər (fizika, riyaziyyat, kimya, biologiya) ətrafında yox, riyazifizika, fiziki kimya(və ya kimyəvi fizika), biofizika, bioriyaziyyat kimi fənlər ətrafında formalaşacaqdır. Misal üçün fizikanı mükəmməl bilən bir alim, iqtisadiyyatı da öyrənərsə o, artiq universitetlərdə ekonofizik kimi fəaliyyət gəstərər.

Dekabrın 12-si Heydər Əliyevin anım günü idi. Onun ulu öndər olması aşağıdakı kəlamdan aydın görünür:“Biz düz yolla – haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanin çox gözəl gələcəyinə aparıb çıxaracaqdır”.

Gələcəyin universitetləri bizə düz yolun seçməsində kömək edər inşAllah!(moderator.az)

Professor, sabiq deputat
Şahlar Əsgərov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.