Bakıda xəstələrə "NURS" tələsi - Səhiyyə fırıldaqçıları...

20-10-2015, 10:00           
Bakıda xəstələrə "NURS" tələsi - Səhiyyə fırıldaqçıları...
Şəkərli diabet ən geniş yayılmış xəstlikdir və bu gün dünyada hər 20 nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir. Şəkərli diabet ömürlük xəstəlikdir və müalicəsi yoxdur. (azbyka.ru)
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada səhiyyəyə 5, 7 trilyon dollar pul ayrılır ki, bunun da 7, 295 faizi, yəni 415 milyon dolları dələduzluğa görə itir. (securityinfowatch.ru)
Bugün yaşlı insanların çoxu televiziyada deyilənlərə az qala möcüzə kimi inanırlar. Və bundan dələduzlar sui-istaifadə edirlər. Onlar öz “möcüzəli dərman”larının reklamını televiziyada yerləşdirirlər.
Bugünlərdə təqaüdçü Həqiqət Tağıyeva Nurs əczaçılıq şirkəti ilə bağlı qafqaznews.org-a şikayət edib: “ Televiziyada bu şirkətin reklamını göstərirdilər. Şirkət bir çox xəstəliklərlə bağlı dərmanlar təklif edirdi. Mən şəkər xəstəsi olduğum üçün Nurs-a müraciət etdim. Şirkətin əməkdaşları mənə bildirdi ki, bizim dərmanları qəbul etməklə şəkərdən tam azad ola bilərsiniz. Mən onlara inandım və dərman sifariş verdim. Kaşki bunu etməyəydim”.
Həqiqət xanım bildirir ki, növbəti gün mən şirkətdən sifarişimi aldım: “ Onlar mənə bildirdi ki, həmin dərmanları öz həkimimin yazdığı dərmanlarla eyni zamanda qəbul etməliyəm. Bu məni təəccübləndirdi və öz həkimimə zəng elədim. Həkimim bunu mənə qəti qadağan elədi və bildirdi ki, bu səni koma vəziyyətinə salar. Ona görə də mən dərmanları qaytarmaq və pulumu geri almaq qərarına gəldim. Onu da bildirim ki, dərmanı almağımdan heç 2 saat keçməmişdi. Şirkətdən mənə bildirdilər ki, problem yoxdur, biz dərmanları geri ala bilərik, ancaq hazırda kuryerimiz işdə yoxdur. Kuryer gələn kimi sizin ünvana göndərəcəyik. O, sizdən dərmaları alıb pulunuzu qaytaracaq. Həmin günü kuryer gəlib çıxmadı. Mən təzədən şirkətlə əlaqə saxlayaraq bildirdim ki, mən özüm şirkətə gələ bilərəm, siz ünvanı deyin. Şirkətin əməkdaşı mənə bildirdi kİ, biz “Semaşko” xəstəxənasının yaxınlığında yerləşirik, ancaq şirkətin ünvanını deyə bilmərik”.
Biz şikayətlə bağlı Nurs şirkəti ilə əlaqə saxladıq.
Şirkətin əməkdaşı bizə bildirdi ki, bizim dərmanlar şəkərli diabetdən müalicə edir.
Müxbirimizin “ Həqiqət Tağıyevanın aldığı dərmanları nə üçün geri götürmürsünüz?” sualına “ Bu suala həkim cavab verə bilər” deyərək dəstəyi həkim Günel Vəliyevaya verdi.
Həkim isə bizə bildirdi ki, mən Həqiqət Tağıyevaya dedim ki, kuryer olmadığı üçün dərmanları özü “Semaşko” xəstəxanasına gətirsin.
Müxbirimizin “ Siz nə üçün şirkətin ünvanını deməmisiniz?” sualına həkimin cavabı belə oldu: “ Biz şirkətin ünvanını verə bilmərik. Bu ünvanda bizim ofis yerləşir. Burda onlayn sifariş qəbul edirik”.
Mövzu ilə bağlı Azad İstehlakçilar Birliyinin rəhbəri Eyyub Hüseynov qafqaznews.org-a bildirdi ki, dərmanlar geri qaytarılmalı malların siyahısındadır: “ Alıcı 14 gün müddətində aldığı dərmanı geri qaytara bilər”.
Hüseynovun fikrincə, Nurs şirkəti Tağıyevanın hüquqlarını pozub: “ Şirkətin əməkdaşının şəkərli diabetin müalicə olunması ilə bağlı dedikləri də yalandır. Buna görə şirkət 600 manat cərimə olunmalıdır”.
Məsələ ilə bağlı Medi-Klab-ın rəhbəri Sabir Adnayev qafqaznews.org-a bildirdi ki, şəkərli diabet müalicə olunmur, şirkətin dedikləri sadəcə dələduzluqdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.