Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır - Qıraqdan baxanlar desin ki, "TİCARƏT YAPIYORUZ"...

20-05-2025, 10:40           
Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır -
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 53 min 265,1 ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib.
Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 1 manat 3 qəpik olub.
Məlumat üçün bildirək ki, Azərbaycana “Aİ-92” markalı benzin aşağıdakı ölkələrdən gətirilib:
Rusiyadan – 39 min 916,5 ton (1 litri – 1 manat);
Belarusdan – 9 min 678,6 ton (1 litri – 1,13 manat);
Rumıniyadan – 3 min 670 ton (1 litri – 1,05 manat).
Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstana 613,8 ton, Türkiyəyə isə 996 ton “Aİ-92” markalı benzin ixrac edib. Gürcüstana ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri 95 qəpik, Türkiyəyə ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri isə 71 qəpik olub.
Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 1 manatdan 1,10 manata qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru