Rusiyanın qitələrarası raket sınağı uğursuz olub – Xarici KİV

Bu gün, 12:34           
Rusiyanın qitələrarası raket sınağı uğursuz olub – Xarici KİV
Rusiya növbəti dəfə “Yars” tipli qitələrarası ballistik raketin buraxılışında uğursuzluqla üzləşib.

Bu barədə “Defence Express” nəşri məlumat yayıb. Analitiklərin fikrincə, mayın 19-na keçən gecə planlaşdırılan raket buraxılışı baş tutmayıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, buraxılış üçün seçilən ərazi qeyri-adi olub – Sverdlovsk vilayətində, Svobodnıy yaşayış məntəqəsinin yaxınlığında yerləşən 42-ci diviziyanın 433-cü polkunun mövqeləri. Yaxınlıqdakı Nijniy Taqil şəhərinə məsafə cəmi 25 km olduğu üçün hər hansı buraxılış yerli əhali tərəfindən qeydə alınmalı idi. Lakin nə foto, nə də video sübutlar mövcud deyil.

Bundan əlavə, raket Kamçatkada yerləşən “Kura” poliqonuna istiqamətlənsəydi, onun trayektoriyası Xantı-Mansiyskdən Magadana qədər olan geniş bir ərazidə müşahidə edilə bilərdi. Lakin bu bölgələrdən də heç bir vizual sübut qeydə alınmayıb.

Hadisənin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb. Ekspertlər ehtimal edirlər ki, bu texniki nasazlıq və ya Kreml rəhbərliyinin nüvə qüvvələrinin zəifliyini Tramp-Putin danışıqları öncəsi nümayiş etdirmək istəməməsi ilə bağlı ola bilər.

Xatırladaqki, 2023-cü ildə Rusiya bu tip raketlərin iki buraxılışında da uğursuzluqla üzləşmişdi – raketlər trayektoriyasından çıxmışdı. Cari hadisənin isə daha ilkin mərhələdə – start zamanı baş verən nasazlıqla əlaqəli olduğu istisna edilmir.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.