Daha bir ölkədən kərə yağı idxalına başlanılıb - Ölkələrin siyahısı və qiymətlər

20-05-2025, 12:14           
Daha bir ölkədən kərə yağı idxalına başlanılıb -
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana xarici ölkələrdən 39 milyon 978 min dollar dəyərində 5 min 668 ton kərə yağı idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında idxal olunan kərə yağının miqdarı 5,4% və ya 290,4 ton artıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-mart aylarında idxal olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 36% bahalaşıb. Belə ki, kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar-mart aylarında 5,2 dollar (8,8 manat) olduğu halda, bu ilin ilk 3 ayında 7 dollar (12 manat) təşkil edib.
Azərbaycan kərə yağını ən çox İrandan idxal edib. Bu ölkədən Azərbaycana 3 ay ərzində 2 248 ton kərə yağı gətirilib. Ən az miqdarda kərə yağı isə İtaliyadan idxal olunub – cəmi 240 kiloqram.
Qeyd edək ki, ötən ilin eyni dövründən fərqli olaraq, bu ilin ilk 3 ayında Azərbaycana Səudiyyə Ərəbistanından da kərə yağı idxal olunmağa başlanılıb. Yanvar-mart aylarında bu ölkədən 308,2 ton kərə yağı gətirilib.
Bu ilin yanvar-mart aylarında idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimidir:
İran – 2 248 ton (10,5 manat)
Yeni Zelandiya – 1 496,5 ton (12,5 manat)
Hindistan – 391 ton (9,7 manat)
Belarus – 385,7 ton (13,3 manat)
Səudiyyə Ərəbistanı – 308,2 ton (14 manat)
Ukrayna – 279,3 ton (14,5 manat)
Finlandiya – 239,4 ton (14,8 manat)
Fransa – 123,8 ton (15,8 manat)
Almaniya – 71 ton (15,5 manat)
Türkiyə – 65 ton (13 manat)
Belçika – 41 ton (15 manat)
Litva – 17,4 ton (14,7 manat)
Rusiya – 1 ton (21,3 manat)
Portuqaliya – 0,36 ton (28,3 manat)
İtaliya – 0,24 ton (20 manat)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru