ABŞ-də başsız delfinin sirri: Onu oğurlayan şəxs ciddi təhlükədədir

20-05-2025, 09:46           
ABŞ-də başsız delfinin sirri: Onu oğurlayan şəxs ciddi təhlükədədir
ABŞ-nin Şimali Karolina ştatının Li-Hataf adasında qəribə və bir o qədər də qorxulu hadisə baş verib. Yerli sakinlər sahildə başı kəsilmiş dəniz canlısı taparaq dərhal müvafiq orqanlara xəbər veriblər. Araşdırmalar nəticəsində məlum olub ki, bu, afalina növünə aid bir delfindir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "IFLScience" xəbər yayıb.

Alimlər delfinin cəsədini təhlil edərkən təhlükəli "Brucella" bakteriyasını aşkarlayıblar. Bu bakteriya insanlara da yoluxa bilir və brusellyoz adlı ciddi infeksiyaya səbəb olur. Xəstəlik yüksək hərarət, halsızlıq, yaddaş pozuntusu və hətta ürək problemləri ilə müşayiət oluna bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, delfinin başını aparan şəxs ciddi sağlamlıq riski altındadır.

Hadisəyə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) da müdaxilə edib. Qurum bunu dəniz məməlilərinin mühafizəsi haqqında qanunun pozulması kimi qiymətləndirib və məsul şəxsin tapılmasına kömək edəcək məlumat üçün 20 min dollar mükafat təklif edib.

Qanunvericiliyə əsasən, təqsirkar şəxs 100 min dollaradək cərimə və ya bir ilədək həbs cəzası ilə üzləşə bilər.

Hadisə həm hüquqi, həm də tibbi baxımdan ciddi təhlükə siqnalı verir. Alimlər və hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırmağa davam edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru