Putin Ukraynadakı münaqişənin başa çatması üçün əsas şərti açıqladı

20-05-2025, 10:44           
Putin Ukraynadakı münaqişənin başa çatması üçün əsas şərti açıqladı
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın mövqeyi aydındır və münaqişənin nizamlanması üçün əsas məsələ - onun əsas səbəblərinin aradan qaldırılmasıdır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.

“Qeyd etmək istərdim ki, ümumilikdə Rusiyanın mövqeyi aydındır: bizim üçün əsas məsələ bu böhranın ilkin səbəblərinin aradan qaldırılmasıdır”, – deyə Rusiya lideri vurğulayıb.

Putin və Tramp arasında telefon danışığı 19 may tarixində baş tutub. Bu söhbətdən sonra Putin bildirib ki, Rusiya Ukraynada münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Onun sözlərinə görə, Tramp da öz tərəfindən Rusiyanın sülhə sadiqliyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru