48 saylı dairədə seçkilər artıq başa çatıb... - Deputat mandatı növbəti dəfə "bron edib"
20-10-2015, 10:07
48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputatlığa namizəd İlham Məmmədov seçki marafonunu bağlayıb. Seçiciləri ilə görüşdən imtina edən millət vəkili özünü elə aparır ki, sanki seçki qutusunun üstündə oturub
Bunu deputatın qohumları da açıq aşkar elan edirlər. İlham Məmmədovun qohumları hamıya bildirir ki, seçki-filan boş şeydir. İlham Məmmədov deputatdır və bunu dəyişmək belə imkansızdır.
48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputatlığa namizəd İlham Məmmədovla bağlı verilən məlumata görə son bir həftə ərzində İlham Məmmədov seçiciləri ilə görüşməyib. Vaxtının çoxunu Gəncədə keçirən namizəd demək olar ki, Yevlaxa ayayq da qoymur. İlham Məmmədov özünü elə aparır ki, güya onun seçki adlı problemi yoxdur. Namizədə yaxın şəxslər isə Yevlax şəhərinin müxtəlif çayxanalarında və küçələrində açıq aydın İlham Məmmədovun deputat olacağını deyirlər. Namizədin qohumları bildirirlər ki, hər şey əvvəldən aydındır. Yevlaxda seçki bitib və İlham Məmmədovun deputatlığı yüz faiz öz həllini tapıb.
Mənbə qeyd edir ki, YAP-ın namizədi özünnü "seçki kompaniyasını” Yevlaxdan yox, Gəncə şəhərindən aparır. Yevlaxda hər bir vətəndaş yaxşı bilir ki, İlham Məmmədov kimə arxayındır və nə üçün Gəncədə oturur. Rayon sakilərinin iddiasına görə İlham Məmmədov Yevlaxın icra başçısı Qoca Səmədova da meydan oxuyur. Hər yerdə Qoca Səmədova saymamazlıq nümayiş etdirən İlham Məmmədov eyni zamanda Yevlax Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanovla can-bir qəlbdə dolanır. Elə namizədin Gəncədə və Yevlaxda keçirdiyi kef məclislərinin hamısında Namiq Süleymanovla birlikdə olur.
Mənbə bildirir ki, istər İlham Məmmədovun. İstərsə də, Namqi Süleymanovun qohumları Yevlaxda deyirlər ki, istər xalq seçkiyə gəlsin, istər gəlməsin, bu heç nəyi dəyişməz. Çünki bütün halldarda İlham Məmmədov deputat olacaq.
Qoca Səmədovla İlham Məmmədovun arasındakı soyuqluğun yaransmaısna gəlincə isə, Yevlaxın deputatı rayondakı bir çox tenderlərin onun ən yaxın adamlarına verilməsini xahiş etsə də, icra başçısı həmin işləri birinci müavininə yaxın adamlarının şirkətlərinə verib.
"Deputatın icra başçısından inciməsi səbələrinin kökündə bu amil durur”, deyə mənbəmiz bildirir.
Bildirək ki, Milli Məclisin deputatı İlhamm Məmmədovun Yevlax camaatı arasında o qədərdə nüfuzu yoxdur. Çünki millət vəkili olduğu 5 ildə İlham Məmmədov rayon sakinlərinin işinə heç bir haldı yaramayıb, bunun müqabilində isə, yaxınlarına böyük biznes qurub. Hazırda İlham Məmmədovun ən yaxın adamları onun Gəncə şəhərindəki obyektlərini idarə edirlər.
Bundan başqa deputat Yevlax rayon icra hakimiyyətinin balansında olan dövlətin fonduna aid olan 300 hektar torpaq sahəsini 99 illik müqavilə əsasında özünüküləşdirib və həmin ərazilərdə böyük heyvandarlıq təsərrüfatı yaradıb.
Mənbəmiz onu qeyd edir ki, İlham Məmmədovun "təşviqat kompaniyasında” işirak edən şəxslərin qonaqlıqlarının maliyyəsinin böyük bir hissəsini Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov ödəyir. İdarə müdirinin İlham Məmmədovla yaxın münasibətinin olduğu və Gəncə şəhərindəki obyektlərdə tez tez görüşdükləri deyilir. Hətta İlham Məmmədovun Yevlax rayonundakı torpaq sahələrində işləyən texnikaların İlyas Sədfərəova aid olduğu bildirilir.(azmedia.info)
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.